Skip to main content

Posts

Üzüm əkmək istəyənlər üçün bəzi məsləhətlər

Demək olar ki, dünyanın hər bir yerində yetişdirilən üzüm ölkəmizdə də sevilir və geniş şəkildə əkilir. Düzgün qulluq və budama edildikdə bitkisi 30 ilə qədər becərilə bilir. Üzüm tingi alarkən etibarlı yerlərdən almağa çalışın. 1 illik bitkilər hər zaman ən yaxşılarıdır. 
Recent posts

Suvarma üsulları

Suvarma insanlar bitkiləri becərdikləri dövrdən bəri mövcuddur. Toxumu əkib, becərməyi öyrəndikdən sonra insanın ilk kəşfi güman ki, vedrə olub. Qədim insanlar becərdikləri bitkiləri sulamaq üçün su dolu vedrələri daşıyacaq qədər güclü olublar. Su daşıyıb tökmə metodu indiki zamanda da istifadə edilsədə, daha səmərəli və  mexanikləşdirilmiş metodlar daha çox istifadə olunur.

Pambıq hekayəsi

Dünya üzrə "vəhşi pambığın" bir sıra növləri var. Bunlara Avustralyada, Afrikada, Mərkəzi Amerikada, Aşağı Kaliforniyada, Brazilyada, Meksikada və digər tropikal ölkə və adalarda təsadüf edilir. Təmizləmə ilə bağlı çətinliklər səbəbindən, iqtisadi cəhətdən istifadəsi əlverişli deyil. Bir sıra genetik yardımlara baxmayaraq, bugünün pambıqları "vəhşi" sortlardan yaranıb və irəliləməyədə davam edir. 

Pambığın dünya ticarətində yeri

Hal-hazırda dünyada ən böyük pambıq istehsalçıları Çin və Hindistandır. Çinin illik istehsalı 34 milyon , Hindistanın isə illik istehsalı 27 milyon taydır. Bu istehsalların əksəriyyəti böyük toxuculuq sənayeləri tərəfindən alınır. Ən böyük xam pambıq ixracatçısı 4.9 milyard dollarla Birləşmiş Ştatlardır və 2.1 milyard dollarla Afrikadır. Cəm beynəlxalq ticarət təxmini 12 milyard dollara yaxındır. 1980-ci ildən bəri Afrikanın pambıq ticarətində payı 2 dəfə artıb. Öz ərazilərində pabmığa yararlı yerlər

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Portağal bitkisinə qayğı

Portağal yetişdirmək ev bağçılığı üçün dəyərli layihədir, xüsusilə əgər onu meyvəsi üçün əkirsinizsə. Portağal ağacına qayğı çox da çətin deyil. Portağal ağacına qayğı zamanı aşağıdakı addımları icra etmək ağacı sağlam saxlayacaq və meyvə istehsalını artıracaq. Əgər indiyə qədər portağal ağacı yetişdirməmisinizsə, ən yaxşı başlanğıc toxumdan becərmək ola bilər. Əksər növlər toxumdan alınsada, kommersiya yönümlü yetişdiricilər qönçələmə üsuli ilə ştil əldə edirlər.

Çiyələk

Çiyələk yetişdirilməsi ən asan bitkilərdəndir. Çiyələk kolu demək olar ki, hər bir yerdə bitir – hasarda, konteynerlərdə və ya asılmış səbətlərdə. Meyvəsidə əlbəttə, çox məşhurdur. Yetişdirilməsi Yeni bitən zaman tez-tez sulanmalıdır. Eyni zamanda quru mövsümdə də sulanmalıdır. Bitkini dibdən sulayın, yuxarıdan sulama özək hissəsində və meyvəsində çürüməyə səbəb ola bilər.