Skip to main content

Pambığın dünya ticarətində yeri

Hal-hazırda dünyada ən böyük pambıq istehsalçıları Çin və Hindistandır. Çinin illik istehsalı 34 milyon , Hindistanın isə illik istehsalı 27 milyon taydır. Bu istehsalların əksəriyyəti böyük toxuculuq sənayeləri tərəfindən alınır. Ən böyük xam pambıq ixracatçısı 4.9 milyard dollarla Birləşmiş Ştatlardır və 2.1 milyard dollarla Afrikadır. Cəm beynəlxalq ticarət təxmini 12 milyard dollara yaxındır. 1980-ci ildən bəri Afrikanın pambıq ticarətində payı 2 dəfə artıb. Öz ərazilərində pabmığa yararlı yerlər
olmadığından toxuculuq istehsalı Çin və Hindistan kimi Şərqdə və Cənubi Asiyadakı inkişaf edən ölkələrdə yerləşir. Afrikada pambıq çox sayda olan kiçik sahibkarlar tərəfindən əkilir. Memfisdə yerləşən yüzlərlə satınalma agentlərinə sahib Dunavant Şirkətlər qrupu Afrikadakı ən aparıcı pambıq brokeridir. Şirkər Mozambikdə, Uqandada və Zambiadakı pambıq əyırmə zavodlarına rəhbərlik edir. Şirkət bununla yanaşı onun üçün işləyən 180000 kiçik fermerə xərclər və toxum üçün müəyyən məbləğ də verir. Dunavant digər yerli əməliiatçılarıda satın alıb.  Amerikanın Cargill şirkətidə ixracat üçün Afrikadan pambıq alır.
Amerika Birləşmiş Ştatları hər il 25000 pambıq əkən fermerlərə 2 milyard dəyərində subsidiya ayırır. Ancaq dünyada pambıqçılığa ən çox diqqəti Çin Xalq Respublikası göstərir. 
Aparıcı pambıq istehsalçıları
Birləşmiş Ştatlar, Hindistan, Brazilya, Avustraliya və Özbəkistan beş ən böyük pambıq ixracatçılarıdır. Ən böyük idxalatçılar isə Korea, Taivan, Rusiya və Yaponiyadır. 
Hindistanda Maharaştra (26.63%), Qujarat (17.96%), Andhra Pradeş (13.75) ən böyük pambıq istehsal edən vilayətlərdir. Bu vilayətlər tropik nəm və quru iqlimə malikdir. 
Biləşmiş Ştatlarda Texas ştatı ən böyük istehsalçı olduğu halda, Kaliforniya hər hektara düşən məhsuldarlığa görə liderdir. 
Pakistanda isə Puncab və Sindh vilayətlərində əsasən pambıq əkilir. 
10 ən böyük pambıq istehsalçısı (kub metr)
Cərgə
Ölkə
2010
2011
2012
1
Çin
5,970,000
6,588,950
6,840,000
2
Hindistan
5,683,000
5,984,000
5,321,000
3
ABŞ
3,941,700
3,412,550
3,598,000
4
Pakistan
1,869,000
2,312,000
2,215,000
5
Brazilya
973,449
1,673,337
1,638,103
6
Özbəkistan
1,136,120
983,400
1,052,000
7
Türkiyə
816,705
954,600
851,000
8
Avustralya
386,800
843,572
973,497
9
Argentina
230,000
295,000
210,000
10
Türkmənsitan
225,000
195,000
198,000
-
Dünya üzrə
22,714,154
24,941,738
25,955,096

Məqaləni tərcümə etdi:Hüseyn Şavəddinli

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.