Məhsuldar kartof istehsalı
üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək
keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib
sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından
asılıdır.
Doğru əkin dedikdə:
- Doğru əkin tarixi;
- Optimal sıxlıqda əkin;
-
Bərabər və doğru dərinlikdə əkin (Bu cür əkini təlim keçmiş traktor
sürücüləri edə bilər) ;
Əkin sahəsindəki faktiki şəraitin
nəzərə alınması və müvafiq seçim nəticələrinin düzgün hesabının aparılması
olduqca vacibdir.
Toxum yatağı
Əkin və çıxış arasındakı müddət
kartof əkinin ən zərif mərhələsidir. Optimal cücərtinin inkişafına toxumun keyfiyyəti,
yaşı, cücərmə mərhələsi eyni zamanda, doğru torpaq şəraiti, xüsusilə əkin müddətindəki
temperatur və nəmlik yüksək dərəcədə təsir etdiyi üçün toxum yatağı yüksək tələblərə
cavab verməlidir.
Torpağın quruluşu
Yaxşı toxum yatağında hava, nəmlik
və torpaq nisbəti optimal olmalıdır. Sonrakl şərait isə eyni vaxtlı çıxışa və
kartof bitkisinin rahat inkişafına şərait yaradacaq.
Toxum yatağı düz, daş-kəsəksiz
olmalı, 8 və 10 sm dərinliyə qədər olduqca yaxşı ovxalanan, yumşaq torpaq
qatına sahib olmalı, şumlamaya imkan yaradan sərtik və nəmlikdə olmalıdır.
Narın torpaq quruluşu eyni
zamanda təpəciklərin tez qurumasınin qarşısının alınmasında bizə kömək olur,
başqa sözlə, həddindən artıq torpaq şumu torpaq sıxlığına və məhsula vacib olan
su miqdarında azalmağa gətirib çıxaracaqdır. Kartof bitkisi dayaz köklü olur və
kök və yumruların hər ikisi torpaq sıxlığına yüksək dərəcədə həssasdır. Bu səbəblərdən
şumun sayı azaldılmalıdır.
Nəmlik miqdarı
Torpaqdakı nəmlik toxumun cücərməsinə
gözə çarpan dərəcədə təsir edir. Əgər torpaq çox qurudursa, çıxış gecikəcək və
kök miqdarı azalacaq. Normal torpaq nəmliyi olduqda, çıxış sürətli olur və əkindən
çox keçməyərək cücərtilərdən torpqdan su
çəkən köklər əmələ gəlir. Sudan doymuş torpaqda toxum oksigenin çatışmamazlığından
çürüyür. Bu səbəbdən, əkindən dərhal sonra ağır suvarma ziyanlıdır və əkindən öncə
suvarılması məsləhətdir. Belə ki, toxum kartoflar nəm torpaqla tam əhatə
olunmalı və ya ən azından nəm torpaqda əkilməlidir. Yumrunun ətrafındakı torpaq
tez qurumasın deyə toxum uyğun torpaqla tam əhatələnməlidir, bununla yanaşı
böyümə fəsli ərzində müvafiq nəmliyi təmin etmək üçün alt hissədəki torpaq maneəsiz
kök inkişafına əngəl olmamalıdır.
Hansı toxumdan istifadə etməliyik?
Hansı toxumun daha uyğun
olduğunu müəyyən etmək üçün, məhsulun hansı məqsədlə istifadə edəcəyimizə qərar
verməliyik. Bunlar toxumluq, emal sənayesi üçün iri həcmli, farac məqsədli ola
bilər. Müvafiq istehsal məqsədi və yığım müddəti hansı toxumun istifadə edəcəyimizi
müəyyənləşdirir.
Kök sıxlığı
Məhsulun bar verməsi və yumru
ölçüləri hər hektar üzrə köklərin sayına təsir edir. Hər bir ayrıca kök müsətqil
istehsal hissəsi hesab edilə bilər. Böyük kök sıxlığı yüksək məhsuldarlığa
apara bilər ancaq sinifləndirdikdə, nəticə əldə edilən gəlirdən asılı olacaqdır.
Hər hektara əkilmiş yumruların sayına əlavə olaraq, kök sıxlığı aşağıdakılara
uyğunda müəyyənləşir:
- Toxum yumrusunun fizioloji mərhələsi;
- Çeşit xüsusiyyətləri;
- Hər yumruya düşən cücərmə sayı;
- Torpaq şəraiti;
- Əkinçinin qaydalara riayət etməsi.
Kartof yumrularının ölçüsü
Əgər yüksək bitki sıxlığı əldə
etmisinizsə, normal əkin şəraitində toxum ölçüsünün məhsuldarlığa çoxda təsiri
yoxdur. Əkinçi kimi, müxtəlif ölçülü toxum seçimləriniz var. Toxum seçimi
iqtisadi vəziyyətdən, məhsulun məqsədindən və yerli əkin şəraitindən asılıdır.
Böyük ölçülü toxumluq kartof çoxlu kök verəcəkdir. Ancaq bir ton böyük ölçülü
kartof bir ton kiçik ölçülü kartofdan daha az kök verəcəkdir. Böyük ölçülü
kartofun quraqlıq, soyuq, isti vaxtlarda və ya aşağı səviyyəli toxum yatağında daha çox tutuma sahib olması kimi üstünlüyü
var. Belə əkin şəraitlərində böyük ölçülü kartoflar kiçiklərə nisbətən daha güvənilirdir.
Kiçik və böyük ölçülər adətən qiymətdə fərqlənir. Əkinçi hansının daha sərfəli
olduğunu hesablaya bilər: kiloqramı müvafiq qiymətə vuraraq qoyacağı
investisyanı müəyyən edəcəkdir. Ölçüsündən asılı olaraq doğru rəftar olunduqda
toxum kartoflar əkin müddətində üç və ya altı cücərti verə bilərlər.
Toxum tələbləri
Əkinçi tələb olunan toxum
miqdarını necə hesablaya bilər? Əkiləcək ərazinin səthinə əlavə olaraq bu iki amil əsas rol oynayır:
- Hər bir kvadrat metrə görə tələb olunan köklərin sayı;
- Toxum yumrularının ölçüsü.
Nümunələr
Kiçik ölçülü (28-45mm) toxum əldə
etmək üçün yüksək kök sıxlığına istiqamətlənmək lazımdır. Çeşitdən, torpaqdan və
iqlimdən asılı olaraq, Holland şəraitində hər kvadrat metrə 35-40 kök bəs edəcəkdir. Emal sənayesinə satılacaq iri həcmli
kartoflar üçün (55mm) Holland şəraitində hər kvadrat metrə 15-20 kök kifayət edir. Ən sonda, bir kvadrat
metrə hər birində dörd cücərti olan dörd ədəd toxum kifayətdir. Toxum kartofların
orta çəkisi 50 qramdırsa, 2000 kq toxum hər bir hektar üçün kifayət edəcəkdir
(4 toxum x 50 qram x 10000 kvadrat metr).
Əkin sıxlığı
Əgər cücərti sayı əldə edilibsə
və hər torbaya görə yumruların sayı məlumdursa toxum tələbləri hesablana bilər.
Cədvəldəki rəqəmlər hər kvadrat metrə 15 kök sayına əsaslanır.
Yumrunun
diametri (mm)
|
Yumrunun
çəkisi (qr)
|
Köklərin
gözlənən sayı/yumuru
|
Toxum
yumrularının sayı/ha
|
Toxum
çəkisi kq/ha
|
Cəgrə arası
Cərgə məsafəsi
|
60sm 70sm
80sm
|
|||||
28-35
35-45
45-55
|
25
50
90
|
2.5
4
5
|
60,000
38,000
30,000
|
1,500
1,900
2,700
|
28 24 21
44 38 33
55 48
42
|
Cücərtilərin sayı və cərgədəki yumruların məsafəsi
Cücərtilərin orta sayı gözlənən
köklərin sayının ən yaxşı göstəricisidir. Köklərin sayı cərgədəki yumruların tələb
olunan məsafəsini müəyyən edir. Ona görə də, doğru məsafəni müəyyən edə bilmək
üçün toxum yumrularından yaranan cücərtilərin orta sayını müəyyənləşdirmək
vacibdir. Toxumların üzərindəki cücərtilə saymaq ən yaxşı üsuldur.
Cərgə məsafəsi
Kartoflar 50-100 sm aralı cərgələrdə
böyüyə bilər. Ən verişli üsul cərgələr arası daha geniş məsafənin olmasıdır.
Köklərin daha yaxşı paylanması üçün dar cərgə daha yaxşı ola bilər, ancaq yumruları
qorumaq üçün yaxşı ölçülü təpəciklər yaratmaq kimi texniki səbəblərdən daha
geniş məsafə (75-90sm) daha münasibdir. Mexanikləşdirilmiş kartof istehsalında
cərgə arası məsafə mexanizmin standartlaşdırılmış quruluşu əsasında müəyyənləşdir.
Əkin dərinliyi
Əkin dərinliyi torpaq şəraitinə
uyğun olaraq müəyyənləşdirilməlidir. Normal böyümə şəraitində, yumrunun üst
hissəsi torpaq səthi səviyyəsində olmalıdır. Torpaq dərin qatlarda üstə nisbətən
daha yavaş quruduğundan quru şəraitdə daha dərinə əkilməlidir. Quru şərait daha
dərinə əkməyi vacib etdiyindən temperatur yüksək olduqda bu daha əlverişli
olacaq. Dərinə əkmək eyni zamanda kartof güvəsi təhlükə yaratdığı hallarda da
vacib olur.Üst torpaq qatı qurumayacağı halda nəm şəraitdə çox dərinə əkmək vacib deyil.
Dəyaz əkin soyuq şəraitlərdə
daha əlverişlidir. Dərinə əkmək mexaniki yığım zamanı qaldırıcıya böyük çətinlik yaradır. Torpağın ağır olduğu
yerlərdə yumşaq torpağa nisbətən bu daha zərərli olacaqdır. Çeşit müxtəlifliyi
də əkin dərinliyində mühüm rol oynayır. Bu da əkinçinin çeşidlərin xüsusiyyətlərini
bilməsini vacib edən amillərdəndir.
Torpaqlama
Dərin əkinə əlavə olaraq,
torpaq örtüyünün dərinliyidə bitkinin əmələ gəlməsinə təsir edir. Əkin apararkən,
torpağın temperaturu aşağıdırsa və ya toxum aşağı keyfiyyətlidirsə, dəyaz
torpaqlama aparılır. Məhdud torpaq örtüyü bitkinin tez çıxmasına səbəb olacaq.
Başqa sözlə dərin torpaq qatı ancaq isti temperaturda və güclü toxuma tədbiq
edilə bilər.
Dibinin doldurulması
Dəyaz əkin zamanı, və ya
torpaq qatı nəzik olduqda, növbəti mərhələdə dibinə əlavə torpaq verilməlidir.
Yaxşı düzəldilmiş təpəcik yumrunun maneəsiz inkişafında vacibdir. Sağlam
doldurulmuş kartof dibləri kartofun çölə çıxmasının qarşısını alır. Yüksək təpəciklər
yüksək temperatura və kartof güvələrinə qarşı ən yaxşı müdafiədir. Əgər iqlim
isti və quraqdırsa, və əkindən sonra sulama vacibdirsə, əkin və torpaqlama
arasındakı müddət qısa olmalıdır.
Hollandiya Konsultativ Kartof İnstitutu
Müəlliflər: H.R. Baalverd, H.M.G. Peeten, T.A.Sterk
Tərcümə edən: Hüseyn Şavəddinli