Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir.
Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir.
Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.
Toxumları 2-3 dərəcə istilik olduqda cücərməyə başlayır. Lakin torpaqda 10-15 dərəcə istilik olduqda normal inkişaf edir. Cücərtiləri 5-6 dərəcə şaxtaya asanlıqla dözür.
Yazda temperatur 7-9 dərəcə olduqda inkişafa başlayır.
Toxum istehsalı ilə məşğul olan fermerlər tam formalaşmış, sağlam, iri və bir ölçüdə olan toxum məhsulu yetişdirib, istehsal etməsi üçün toxumluq sahələrin becərilməsini xüsusi diqqət mərkəzində saxlamalı, tətbiq edilən hər bir texnoloji prosesin optimal aqrotexniki müddətdə həyata keçirilməsi qayğısına qalmalıdır.
Keyfiyyətli yonca istehsalı üçün sahələrin becərilməsində aşağıdakı aqrotexniki tədbirlər həyata keçirilməlidir.
Səpin müddəti. Yonca həm payızlıq, həm də yazlıq bitkilər qrupuna aid olduğundan birinci il onun payız və həm də yaz əkinlərindən toxum götürmək olur. Payız səpinində toxumların yetişməsi üçün, yaz səpininə nisbətən təxminən iki dəfəyə qədər artıq vaxt sərf edilir və bunun da nəticəsində qış mövsümündə bitkidə çoxlu miqdarda qüvvətli və qida maddələri ilə zəngin kök sistemi (15-25) yaranır. Bu isə toxum verən gövdələrin və bir paxlada toxumların sayının artmasına səbəb olur. Buna görə də payızlıq əkinlər gümrah olur. Nəticədə yaşıl kütlə və toxum məhsulu artır. Yoncanın payız səpini yay şumunda keçirilməlidir.
Payız səpini üçün ən yaxşı vaxt sentyabrın 10-dan oktyabrın 20-dək olan dövrdür. Həmin müddətdən gec səpildikdə yonca qışı pis keçirir. Yoncanın yazlıq səpini isə payızdan qaldırılmış şumda keçirilməklə 15 fevraldan 10 martadək başa çatdırılmalıdır.
Yonca istilik sevən bitki olduğu üçün onun əsasən aran rayonlarında becərilməsi məqsədə
Torpağın becərilməsi. Taxıl sələfindən sonra sahə küləşdən təmizlənməli və 10-12 sm dərinlikdə üzlənməlidir ki, alaq və taxıl toxumları cücərsin. Əks halda alaq otları yoncanın zərif cücərtilərini sıxışdırıb məhv edə bilər. 15-20 gün sonra torpaqdakı alaq otları və taxıl toxumları cücərdikdən sonra fosfor və kalium gübrəsi verərək sahə 27-30 sm dərinlikdə şumlanmalıdır. Yoncanın payız səpini üçün yay şumu aparmağın böyük əhəmiyyəti vardır.
Tərəvəz sələfindən sonra isə sahə alaqsız olduğu üçün mineral gübrə tətbiq edilərək dərhal şum qaldırılmalıdır. Yoncanın toxumu çox xırda olduğundan torpaq səpin qabağı tam yumşaldılıb hamarlanmalıdır ki, toxumlar toprağın səthində qalmasın və ya dərin qata düşməsin.
Yazda əkiləcək yonca üçün dondurma şumu və qış aratası keçirilməlidir. Erkən yazda mala çəkilməli və torpaq yumşaldılmalıdır. Dondurma şumu keçirilməmiş sahəni erkən şumlamaq və səpin qabağı suvarmaq lazımdır. Torpaq elə becərilməlidir ki, onun üst qatı səpin qabağı rütubətli olsun. Yonca toxumları çox xırda və qabığı qalın olduğundan cücərməsi üçün təxminən öz çəkisi qədər su lazımdır.
uyğundur.