
Əkilməsi
- Yazın əvvəllərində yatmış, çılpaq köklü bitkilər əkin.
- Əkmədən öncə çardaq və ya qəfər düzəldin. Bitki yuxarı qalxdıqca dayağa ehtiyac duyur. Bu, eyni zamanda bitkini xəstəliklərdən də uzaq tutur.
- Üzüm bitkilərinin əksər sortları özü-özünü döllüyür. Alarkən tozlanma üçün başqa bir bitkiyə ehtiyacı olub olmadığını soruşun.
- Tənəyi əkmədən öncə 3 saata qədər kökünü suda saxlayın.
- Bitki üçün günəşli yerlər seçməyə çalışın. Torpaq isə dərin, yaxşı-sulanan və yumşaq olmalıdır. Eyni zamanda yaxşı hava dövrüyəsinə də malik olmalıdır.
- Bitkilər arasında 2 metrə qədər məsafə olmalıdır.
- Hər bir bitki üçün 30 sm dərinliyində və 30 sm enində quyu qazın.
- Bitkini yerləşdirin və torpaqlayın. Ancaq torpağın üzərindən döyəcləməyin.
- Əkdikdən sonra sulayın.
Qayğı
- İlk iki il ərzində bitkinin meyvə verməsinə icazə verilməməlidir. Gücü kökün inkişafına və güclənməsinə verməlidir.
- Budamaq çox vacibdir. Budama Mart və ya Aprel aylarında ildə bir dəfə bitki oyanmamışdan öncə həyata keçirilməlidir.
- Əvvəlki fəsildən qalmış hissələrin 90 faizini budamaqdan çəkinməyin. Bu yüksək keyfiyyətli məhsulla nəticələnəcək. Unutma ki, nə qədər çox budasan, o qədər çox məhsul alacaqsan.
- Birinci il 2-3-nü saxlamaqla bütün tumurcuqları kəs. Sonra iki güclü qol saxlamaqla qalanlarını kəs.
- İkinci il hər bir qolda bir neçə tumurcuq saxlamaqla bütün qolları buda. Bütün salxım çiçəklərini kəs.
- Torpaqla bağlı bir problem yoxsa, birinci il gübrə vermə. İkinci ildən böyüdükcə az miqdarda gübrə ver.
- Quşları uzaq tutmaq üçün tordan istifadə edə bilərsən.
Yığılması və saxlanması
- Əgər üzüm tam şəkildə dəyə bilmirsə, günəş görməsi üçün lazımsız yaşıllıqları təmizlə.
- Əgər bir kərə dərildisə dəyməyə davam etməyəcək.
- Üzümü 6 həftəyə qədər saxlamaq mümkündür. Ancaq üzüm digər meyvə və tərəvəzlərin qoxusunu özünə çəkdiyindən ayrı saxlanmalıdır.
Tərcümə etdi: Hüseyn Şavəddinli