Çiyələk
yetişdirilməsi ən asan bitkilərdəndir. Çiyələk kolu demək olar ki, hər bir yerdə
bitir – hasarda, konteynerlərdə və ya asılmış səbətlərdə. Meyvəsidə əlbəttə,
çox məşhurdur.
Yetişdirilməsi
Yeni
bitən zaman tez-tez sulanmalıdır. Eyni zamanda quru mövsümdə də sulanmalıdır.
Bitkini dibdən sulayın, yuxarıdan sulama özək hissəsində və meyvəsində çürüməyə
səbəb ola bilər.
Böyümə
mövsümündə, pomidorda olduğu kimi hər 7
ilə 14 gün arasında maye kalium verin. Payızın əvvəlində hər kvadrat metrə 50 q
miqdarında gübrə verin.
İstixanlarda,
çiçəkləmə dövrü bir neçə həftə erkən ola bilər belə ki, daxildəki temperatur 16
dərəcəni keçməməlidir. Bu çiçəkləməni əngəlləyə bilər.
Meyvələr
yetişməyə başladıqca, çiyələk torpaqda xarab olmasın deyə altına saman sərin. Və
yaxud istəkdən asılı olaraq plastik materiallarda sərə bilərsiniz. Saman və ya
plastik materiallar alaq otlarının da bitməsinin qarşısını alır. Əmələ gələn
alaq otları əllə də təmizlənə bilər.
Əkin
bitdikdən sonra, qayçıyla və ya əllə yaşlaşmış yarpaqları təmizləyin.
Ziyanvericilərin və xəstəliklərin qarşısını almaq üçün samanı və ya qara
polietileni götürün.
Çiyələk
kolunu üç il becərdikdən sonra yeniləyin. Torpaqdakı ziyanverici və xəstəlik riskini
azaltmaq üçün növbəli əkin sisteminə riayət edin.
Əkilməsi
Çiyələr
çoxyönlü bitkidir – onun günəşə, kölgəliyə və münbit, yaxşı sulanan torpağa
ehtiyacı var. Donmağa meyilli və əvvəl kartof və pomidor əkilmiş torpaqda çiyələk
əkməyin, çünki onlar xəstəliklərə meyilli olur.
Bitkiləri
etibarlı mənbələrdən alın. Yayın sonlarına yaxın sifariş verin ki, payızın əvvəlində
əkə biləsiniz. Çiyələk əkildikdən 60 gün sonra məhsul verir.
Çiçəklər
adət üzrə torpağa cərgə şəklində əkilir. Tozlandırıcı həşəratların çiçəyə təmasını
əngəllədiyindən küləkli yerlərdə çiyələyi əkməyin. Zəif tərkibli torpaqlarda
drenaj sistemini yaxşılaşdırmaq və dərin köklənmə üçün nisbətən hündür
yataqlarda əkin. Alternativ olaraq konteynerlərdən və ya əkin üçün olan kisələrdən
istifadə edə bilərsiniz. 10-15 gün tez faraş məhsul almaq üçün kiçik tipli
tunellərdə də əkə bilərsiniz. Bitkinin üzərinə tuneli yazın əvvəlində qurun,
ancaq çiçək açan zaman tozlandırıc həşəratların girişi üçün yanlarını açın.
Ziyanvericilər
və xəstəliklər
Qırmızı
hörümçək. Yarpaqlar solğun və xallı olur və yarpaqlar vaxtından əvvəl tökülür.
İsti
və quru şəraitdə çoxalırlar. Yumşaq sabun, bitki yağı əsaslı spreylərdən
istifadə edin.
Quşlar:
Quşlar, xüsusilə göyərçinlər meyvələri yeyərək bir sıra problemlərə səbəb
olur. Torlardan istifadə edərək meyvələri
quşlardan qorumaq olar. Müqəvva və ya bəzi quş qovar qurğular işə yarasada ən əla
qoruyucu üsul bağban torlarıdır.
Yarpağın
ağ rəngdə kifləməsi: Yarpağın səthində ağ tozvari kiflər əmələ gəlir ki nəticədə
yarpaq kiçilir və məhv olur.
Qarşısını
almaq üçün torpaq nəm saxlanmalı, nisbətən sərin yerlərdə əkilməli və üzərinə
bitki və ya balıq yağları və ya kükürt əsaslı dərmanlar səpilməlidir.
Boz
kiflənmə (çürümə). Əsasən sıx əkilmiş bitkilərdə bu problem baş verir. Əgər
bitki nəm şəraitdə çox qalmışsa və bitki zədəli və ya zəifsə həmin problemlə
üzləşməsi qaçınılmazdır. Kif adətən zədəli hissələrdən daxil olur ancaq sağlam
bitkiyədə düşə bilir.
Boz
kiflənmə baş verməsin deyə bitkilər seyrək və nisbətən isti havalarda əkilməlidir.
Boz kifləmənin yayılmaması üçün gigiyena çox əhəmiyyətlidir. Əgər infeksiya
keçmiş bir material görsəniz odu dərhal uzaqlaşdırın. Kifləmə ən çox sıx mühiti sevir və bitkini əkərkən
doğru aralıqda olduğuna əmin olun.
Yarpaq
üzərində kiçik qara nöqtələr: Yarpaq üzərində əmələ gələn sarı halqalı qara
nöqtələr əsasən isti və rütubətli şəraitdə əmələ gəlir. Əgər belə hal baş verərsə
bitkini xəstə yarpaqlardan təmizləyin və bitkini yaxşı havalandırın.