Portağal yetişdirmək ev bağçılığı üçün dəyərli
layihədir, xüsusilə əgər onu meyvəsi üçün əkirsinizsə. Portağal ağacına qayğı
çox da çətin deyil. Portağal ağacına qayğı zamanı aşağıdakı addımları icra etmək
ağacı sağlam saxlayacaq və meyvə istehsalını artıracaq.
Əgər indiyə qədər portağal ağacı yetişdirməmisinizsə,
ən yaxşı başlanğıc toxumdan becərmək ola bilər. Əksər növlər toxumdan alınsada,
kommersiya yönümlü yetişdiricilər qönçələmə üsuli ilə ştil əldə edirlər.
Toxumdan çıxan portağalın az ömrü olmaqla
yanaşı, kök sisyemidə çürüməyə meyilli olur. Eyni zamanda toxumdan yetişən bitki tam
yetkinlik müddətinə qədər bar vermir ki, bu da 15 ilə yaxın müdətdir.
Nəticə olaraq, ştil olaraq alınmış ağac daha
etibarlıdır ki, portağal meyvəsinin toxumundan alınmış ağaca nisbətən daha tez
meyvə verir və daha sürətlə böyüyür. Portağalın bitdiyi yerli ştilliklərdən
ştil almaq daha əlverişlidir.
Ağacı əkildikdən sonra onun qayğısına qalmaq
ən başlıca məsələlərdəndir. Burada üç ən əsas aspekt var: gübrələmə, sulama və
budama.
- Sulama – Portağalı sulamaq iqlimdən və illik yağış miqdarından asılı olaraq dəyişə bilir, ancaq bir qayda olaraq yazda ağac solmasın deyə, payızda isə suvarmanın qaydada saxlanması üçün müntəzəm sulama ağacın qayğısına qalmaqda vacibdir. Portağal becərənlər yadda saxlamalıdır ki, su meyvənin sərtliyini aşağı salır. Ağacın əkilmə dərinliyidə su miqdarının müəyyənləşdirilməsində mühüm rol oynayır. Portağal ağacı həftəlik olaraq 3 sm3 su tələb edir.
- Gübrələmə - Gübrələmə meyvənin istifadəsindən asılıdır. Əlavə azot gübrəsi qabıqdakı yağlılıq miqdarını artırır. Kalium isə qabıqdakı yağlılıq miqdarını aşağı salır. Məhsuldarlığı artırmaq üçün hər ağaca illik 1 kq-a yaxın azot verilməlidir. Eyni zamanda kalium və fosfor gübrələri və mikro-qidalar verilməlidir. Əgər agac bol meyvə vermirsə, torpağın gübrə miqdarını müəyyənləşdirmək üçün yaxşı ərazi torpaq laboratoriyalarına aparılmalıdır.
- Budama – Portağal ağacını forma vermək üçün budamaq vacib deyil. Lakin, torpağa yaxın budaqlar kəsilməlidir. Əlavə olaraq, zədələnmiş və ya qurumuş budaqları dərhal budayın.