Skip to main content

Sitrus tinglərinin yetişdirilməsi

Sitrus plantasiyaları düzgün forma verilmiş, sağlam, yaxşı inkişaf etmiş tinglərlə salınmalıdır.
Tinglər daimi və ya müvəqqəti olur. Daimi tinglər uzun müddət ting yetişdirmək üçün təşkil edilir. Daimi tingliyin sahəsi yollar, suvarma şəbəkəsi, küləkdən qoruyucu meşə zolaqları və növbəli əkin tarlalarından ibarət olur. Müvəqqəti tinglər isə 3-4 il müddətinə salınır.
Tinglik üçün yerin seçilməsi və torpağın hazırlanması
Tinglik üçün ən isti, hündür, mailliyi az (2-3%) olan yerlər ayrılır. Bu məqsəd üçün gillicə və gilli-qumluca torpaqlı sahələr ayrılır, torpağın su tutumu yüksək olmaqla, suyu yaxşı keçirməli və torpaq qatı dərin olmamalıdır.
Tinglik üçün su ilə təmin olunmuş sahə seçilir və sahədə müasir tələbata uyğun yollar salınır. Artıq suları axıtmaq məqsədilə drenaj arxları çəkilir. Drenaj arxlarının dərinliyi torpağın xüsusiyyətilə müəyyənləşdirilir. Gilli torpaqlarda drenaj arxlarının dərinliyi 30-35 və eni 45-50 sm, gilli-qumluca torpaqlarda dərinliyi 25-30, eni 35-40 sm olmalıdır. Arxlar tinglikdən bir qədər aralı çəkilir və iri arxlarla birləşdirilir. Tingliyin səthi hamarlanmalıdır.
Tinglik səthinin hamarlıq dərəcəsindən asılı olaraq, arxlar bir-birindən aralı çəkilir. Ümumi həcmi böyük olan tingliklərdə trenaj arxları bir-birindən 8-10 m aralı olmalıdır. Mailliyi 2-3%-dən artıq olan tinglik sahələrində drenaj arxlarıonların ümumi vəziyyətinə görə qazılır və burada arxın dərinliyi və eni müxtəlif ölçülərdə olur.
Mexaniki xüsusiyyətlərindən, münbitliyindən və orada hansı bitki əkilməsindən asılı olaraq, torpaq bir və ya iki il müddətində hazırlanır. Uzun illər dincə qoyulmuş sahələr bir il müddətinə hazırlanır. Meşə və ya kolluq sahələr iki il müddətinə təmizlənir, 35 sm dərinliyində şumlanır və yuxarıda göstərilən şəkildə arxlar çəkilir.
Fiziki cəhətdən ağır olan torpaqlarda sideratlar əkilir. Bütün yay boyu sahə kultivasiya edilir. Kultivasiya zamanı sahə alaqdan təmizlənir. Sentyabrda keçirilən axırıncı kultivasiya zamanı payızlıq sideratlar  və ya paxlalı bitkilər əkilir.
Bir ildə hazırlanmış torpaqlarda sideratlar noyabr ayında torpağa basdırılır və həmin sahəyə yazda cır limon toxumu, yaxud şitilləri əkilir. İki ildə hazırlanmış torpaqlarda sideratlar gələn ilin yazında torpağa basdırılır. Əkindən qabaq sahələr bölünür, 20-25 sm dərinliyində yenidən şumlanır və bundan sonra iki istiqamətdə malalanır. Bununla da sahəsinin hazırlanması qurtarır.
Tingliyin ətrafı müxtəlif üsullarla çəpərlənir.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.