Skip to main content

Sitrus bitkilərinin bioloji xüsusiyyətləri

Azərbaycanda sitrus bitkiləri içərisində limon, narıngi, portağal və qreypfrutun istehsalat əhəmiyyəti vardır.
Sitrus bitkiləri toxum vasitəsilə və vegetativ yolla (calaq və qələmlə) çoxaldılır. Calaqaltı üçün, adətən, trifoliatadan istifadə etmək məsləhət görülür.
Respublikamızda naringinin iki növü: hündür boylu Unişu və alçaq boylu Kovano-Vase sortları yetişdirilir.

Unişu naringinin boyu 3-3,5 m, çətrinin diametri isə 4-5,5 m-ə qədər, Kovano-Vase naringisinin boyu 1,5-1,7 m, çətrinin diametri 1,75-2,0 m olur.
Lənkəran zonasında sitrus bitkiləri mövsüm ərzində 3-4 dəfə vegetasiya verir. Bunlar mayın ikinci yarısından başlayaraq çiçəkləyir.
Sitrus bitkilərinin şaxtaya davamlılığı müxtəlifdir. Naringi 10-12 dərəcə selsi, limon 4-5 dərəcə selsi, portağal 6-8 dərəcə selsi, qreypfrut 8-9 dərəcə selsi şaxtaya davam gətirə bilit. Bu bitkilər içərisində portağal və limon daha çox istilik və işıq sevəndir.
Lənkəran zonasında açıq hava şəraitində sitrus bitkilərinin alçaq boylu və sərilən formada yetişdirilməsi daha əlverişlidir.
Sitrus bitkiləri üçün yumşaq, humusu çox olan, suyu və havanı yaxşı keçirən torpaqlar ayrılmalıdır. Bütün sitrus bitkiləri mineral və üzvi gübrələrə, xüsusilə peyinə tələbkardır.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.