Skip to main content

Sitrus bitkilərində calağın texnologiyası

Göz calağı vurmaq üçün tumurcuqdan 1-1,5 sm yuxarı iti calaq bıçağı ilə qələmin qabığını nazik oduncaqla birlikdə yuxarıdan aşağı kəsəndən sonra saplaqdan tutub ehtiyatla kəsilmiş tumurcuqlu qabığı supərlə birlikdə qələmdən ayırırlar. Supərli tumurcuğu yerləşdirmək üçün toxmaçarın qabığı torpaq səthindən 5-7 sm hündürlükdə əvvəlcə eninə, sonra isə buna perpendikuliyar istiqamətdə (1-1,5 sm) gövdənin uzununa T şəklində çərtilir. Bıcağı qaldırmadan tiyənin arxa tərfindəki çıxıq ilə T şəkilli çərtiyin üst tərəfindən qabıq iki yana aralanır, süpərli gözcük saplağından tutularaq, yuxarıdan aşağıya hərəkətlə ehtiyatla qabığın arasına yerləşdirilir. Qabıq iki tərəfdən sıxılır, eninə kəsikdən yuxarıda qalmış hissə kəsilib atılır.

Tumurcuqlu supər T şəkilli çərtiyə kip yerləşdirildikdən sonra dərhal salınmalıdır. Buna görə calaqcının ardınca həmişə bir, yaxud iki nəfər sarğıcı işləməlidir, çünki süpərcik sarınmazsa, həm özü, həm də toxuçarın çərtiyi quruyur. Sarğı elə salınmalıdır ki, tumurcuqlu süpərin bütün səthi oduncaq üstündə kip otursun.
Köz calağı vurulduqdan sonra 10-15 gün sonra onlar yoxlanılır. Gözcükləri tutmayan toxmaçarlara gövdənin o biri tərəfindən təzədən göz calağı vurulur. Hərgah göz calağını gövdənin cənub tərəfindən vurmaq lazım gələrsə, günəşin yandırmaması və qurumaması üçün onu ilk vaxtlar budaq, küləş və s. ilə kölgələndirmək lazımdır. Gözcükləri tutmuş cırların sarğısı boşaldılır. Calaq vurulmiş bitkilərin gözcüklərini şaxtadan qorumaq məqsədilə dibinə gözcük vurulan yerdən 5-6 sm yuxarıya qədər topraq yığılır.
T şəkilli calaqdan başqa yapışdırma adlanan calağı üsulu da məlumdur. Calaq vurmaq üçün toxmaçarın gövdəsindən aypara şəklində eni 0,5-0,6 mm  uzunluğu 15-20 mm qabıq kəsilir. Kəsiyin aşağı hissəsindən 0,5 sm qabıq oduncaqdan aralanmalıdır. Bu dilçiyi kəsib atmaq üçün bıçaq gövdənin üzərində yuxarıdan aşağıya tərəf yeridilir.

Qələmdən nazik oduncaqla süpərcik kəsilir. Süpərçiyin aşağı ucunun qabığını yüngülcə kəsib tumurcuqlu süpəri toxmaçarın ksəiyinə qondarır (süpərin aşağı kəsiyini dilçik altına geydirmək şərtilə), polietilen sarğı ilə aşağıdan yuxarıya sarıyırlar. Sarğı gözcükdən 2-3 sm yuxarıda gövdəyə bağlanılır. Sarğı ona görə aşağıdan yuxarıya sarılır ki, yağış damcıları gözcüyü çürütməsin. Gözcük bütövlükdə polietilen sarğı altında qalır. 20-25 gündən sonra sarğı açılır və 5-7 gündən sonra gözcükdən 0,5 sm yuxarıda gövdə xüsusi qayçı ilə kəsilib atılır.
Bu üsulla açıq havada mart ayından noyabra qədər calaq etmək mümkündür. Çünki cır limonda qabığın oduncaqdan ayrılma müddətləri (T şəkilli calaqda tələb olunan kimi) rol oynamır. Bitkidə adi oyanma prosesi getdikcə gözcük gövdəyə birləşir. İstixana şəraitində bu üsulla ilin bütün aylarında calaq etmək olar.
Bu üsul göz calağına nisbətən iki dəfə tez başa gəlir və 95-100% tutum olur.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.