Skip to main content

Sitrus bitkiləri üçün yerin seçilməsi və sahənin hazırlanması

Sitrus bitkiləri üçün münbit, isti və külək tutmayan sahələr ayrılır. Dəniz səviyyəsindən 150-250 m-
 qədər hündürlükdə, dağ yamaclarında yerləşən, soyuq qış küləklərindən qorunan və bütün fəsillərdə havası yaxşı dəyişən yerlər sitrus bitkiləri əkini üçün seçilir.
Sitrus bitkiləri üçün ən yararsız yer çökəkliklər və dərələrdir. Burada havalar az dəyişilir, qışda bərk şaxtalı, yay aylarında isə çox isti olur. Bu hallarda bitkini şaxta vurur, yayda isə havanın cərəyan etməməsi üzündən bitkidə şirə axışı prosesi bir qədər yavaşıyır ki, bu da meyvənin əmələ gəlməsinə, yetişməsinə və bitkinin inkişafına mənfi təsir göstərir.

Plantasiyalar dağ yamaclarının cənub və cənub şərq hissələrində salınır. Bu istiqamətdə sahə həmişə soyuq küləklərdən qorunur və yamaclar nisbətən isti olur. Dar yerlərdə və hündür yamaclarda şaxtalar enli dərələrə və alçaq yamaclara nisbətən çox olur. Küləksiz havada qışda ən isti sahə yamacın 50-150 metrlik hündürlükləri sayılır.
Sitrus bitkiləri əkmək üçün torpağın xüsusiyyətlərini bilmək əsas şərtdir. Sitrus bitkisi çürüntüsü bol (humus), orta sıxlıqda olan, neytral, yaxud zəif və orta dərəcədə turş reaksiyalı, kifayət qədər dərin və yaxşı şumlanan torpaqlarda daha yaxşı yetişir. Əkin üçün müxtəlif növ və tipli sarı, qonur, çürüntülü, karbonatlı, şabalıdı az podzollu və alluvial, yüngül gillicəli-qumluçalı və başqa yaxşı hava və su keçirən torpaqlar seçilir.
Müxtəlif meriorasiya tədbirləri görüldükdən və yararlı hala salındıqdan sonra əvvəllər münbitliyi olmayan, lakin mikroiqlim cəhətdən uyğun olan dayaz torpaqlardan da istifadə etmək olar.
Eroziyaya məruz qalan, qidalı maddələrini itirmiş yamaclar, suyu pis keçirən, güclü əhəngli, az skeletli, çox gilli və bataqlıq torpaqlar sitrus bitkiləri üçün yararsız sayılır.
Sitrus bitkilərini daimi yerə əkərkən torpağın qrunt sularının səviyyəsini də bilmək lazımdır. Qrunt suları ən azı 100-120 sm dərinlikdə olmalıdır.
Sitrus plantasiyaları salmaq üçün yer seçdikdən sonra sahə ağaclardan, kollardan, kötüklərdən, çör-çöpdən, daşlardan və s. təmizlənir. Lazım gəldikdə meliorasiya işləridə görülür.
Seçilmiş sahələrin əksəriyyəti 15 dərəcəyə qədər enişliyi olduqda sahə başdan-başa 15-50 sm dərinlikdə şum edilir. Enişliyi 10 dərəcədən artıq olmayan yerlərdə suyu kənara axıdan kanallar düzəldilir.
Sahələr hazırlanarkən suvarılan torpaqlarda arxlar qabaqcadan (əkinə qədər) qazılır. Qazılmış arxdan sitrus bağlarına suyu axıtmaq üçün cərgə arası xırda arxların qazılması nəzərdə tutulur.
Enişliyi 15-20 dərəcədən artıq olan sahələrdə sitrus bitkiləri əkmək üçün terraslar (səkilər) düzəldilir. Sitrus bitkiləri əkini üçün torpaqlar 1-2 il müddətinə hazırlanır. Torpağın hazırlanması müddətləri və üsulları əkin üçün ayrılan səhələrin xüsusiyyətinə, relyefinə və digər şərtlərinə görə müəyyən edilir.
Ağır, struktursuz və çox nəm torpaqlar 2-3 il müddətinə qabaqcadan hazırlanır.
Əgər torpaq bir il müddətində hazırlanırsa, təmizləndikdən sonra başdan-başa 45 sm dərinlikdə şumlanır və eyni zamanda şum altına 40-50 t hesabı ilə peyin və ya digər üzvi gübrələr verilir.
Sitrus bağları salmaq üçün qabaqcadan yararlı hala salınmış olan sahələr hər hektara 25-30 t peyin verilərək 25-30 sm dərinlikdə şumlanır. Torpağın quruluğundan asılı olaraq (nisbətən az qidalı) həmin torpağa peyindən, sideratlar da əkilib, torpağa qarışdırılır. Sahələrin vəziyyəti ilə əlaqədar olaraq, ikinci və üçüncü ildə sitrusların əkilməsinə 4-5 ay qalmış torpağa şum qabağı təsiredici maddə hesabı ilə hektara 500 kq fosfor verildikdən sonra 45 sm dərinlikdə şumlanır. Bu proseslərdən sonra sahə hamarlanır, bölünür və sitrus bitkiləri əkilir.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.