Skip to main content

Sarımsaq

Sarımsaq xalqımızın əhəmiyyət verdiyi tərəvəzlərdəndir. Tarixən bu bitki sevilib və yeyilib. Hələ eramızdan əvvəldə çinlilər bu bitkinin dərman kimi istifadə ediblər. Qədim misir fironlarının qəbirlərindən də sarımsaq qalıqları aşkar edilib. Bu bitkinin əsas vətəni İran və Əfqanistan hesab edilir. Avropalılar sarımsaq ilə XV əsrdə tanış olublar. 

Kəskin iyinə baxmayaraq sarımsaq dərman bitkisi kimi hələ də sevilir. ABŞ kimi inkaşaf etmiş ölkə sarımsaq istehsalında dünyada qabaqcıl ölkələrdən biridir.
Kök sistemi. Sarımsaqda kökün inkişafı soğanda olduğu kimidir. Kökü yoğun olur və nadir hallarda şaxələnir. Köklərin əsas hissəsi (75%) 20-25 sm torpaq dərinliyidə olur. Torpağın xüsusiyyətindən asılı olaraq 50 sm dərinliyə qədər gedə bilir. 
Yarpaq. Sarımsaq dişi torpağa əkildikdən dərhal sonra kökləri, sonra isə yarpaqları meydana gəlir. Yarpaqlar çöldən içəriyə doğru meydana gəlir və yarpaq qınlarının uzunluğu 20-60 sm arasında olur. Yarpaqların rəngi növündən asılı olaraq fərqli ola bilər. Yarpağın üstü mum təbəqəsi ilə örtülüdür. Daha sonra yarpaqda əmələ gələn tumurcuqlardan dişlər əmələ gəlir.
Çiçək. Sarımsaq bitkisi birinci il vegetativ olaraq qalır, ikinci il çiçəkləyir. Ancaq gec əkilərsə bitki sadəcə dişlərdən ibarət olur. 
İqlim istəyi. Sarımsak 15-20 dərəcə selsi temperaturda 60-80% nəmli şəraitdə daha yaxşı yetişir. Temperaturun kəskin qalxıb-enməsi bitkiyə təsir edərək saralmasına səbəb olur. Bitki inkişaf mərhələsində nəmliyə çox ehtiyac duysada, yığım mərhələsində yağışa qarşı həssas olur.
Torpaq istəyi. Bitki torpaq cəhətdən çoxda seçici olmasad bitki üzvi maddələrlə zəngin torpaqda daha yaxşı yetişir. Əsasən qatmaq bağlamayan torpaqlarda əkilməlidir. Təzə üzvi gübrələri bitkiyə vermək olmaz. Sarımsaq əkiləcək torpaq ən azından 4-5 % humusla zəngin olmalıdır. Sarımsaq əkiləcək torpağa 3 ay öncədən hektara 5-6 ton yanmış üzvi gübrə verilməlidir. Daha sonra torpaq 25 sm dərinlikdən sürülərək gübrəylə qarışdırılmalıdır.
Əkin şəkli. Əvvəlcədən seçilmiş başlardan dişlər onlara zərər vermədən ayrılır. Daha sonra dişlər ölçülərinə görə 2-3 qrupa ayrılır. Bu zaman qabığı zərər görmüş dişlər əkin üçün istifadə olunmur. Dişlərin ölçülərinə görə qrupa ayrılaraq əkilməsi vacibdir. Əgər qruplara ayrılmadan əkiləcək olursa inkişaf edən başlar irili-xırdalı olacaq. 
Əkindən öncə torpaq 10-12 sm dərinlikdə sürülür. Sonra əkin cərgə şəklində (hər cərgənin arası 30 sm olmalıdır) tək-tək əli ilə əkilir. Əkin zamanı dişlər torpağa tərs şəkildə qoyulmamalıdır. Hər 1 kvadrat metrə 160 qədər sarımsaq əkilə bilər. Dişlər arası məsafə isə 10-12 sm olmalıdır.
Sulama. Sarımsaq adətən dəmyə şəraitini sevdiyindən, belə ərazilərdə əkilərsə sulamaya ehtiyac olmaz. Əgər sulamaq vacib olarsa çiləmə üsulundan istifadə edilməlidir. Bitki 30-40 sm çatdıqda azot, fosfor və kalium gübrələr verilməlidir. Ancaq bu gübrələr heç bir şəkildə yarpağa toxunmamalıdır. 
Yığım.  Bitki qurumaya başladıqda artıq yığım vaxtı çatmışdır demək. Sarımsaq torpaqdan çıxarıldıqdan sonra 2-3 gün sahədə qalmalıdır ki, tam  qurusun.   Daha sonra sarımsaq yığılaraq, saxlanılır. 0 dərəcədə sarımsağı 6-8 ay saxlamaq olar. Sarımsağın məhsuldarlığı torpaqdan asılı olaraq 6-10 ton arası olur.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.