Skip to main content

Mərcimək və əkin üsulu

Mərcimək paxlalakimilər nəslinin Lens cinsinə daxil dörd növdən biridir. 20-70 sm ölçülərində yumşaq və incə gövdəli disk şəklində meyvələri olan bir illik tərəvəz bitkisidir. Mərciməyin zəif və incə bir kök sistemi olub, kökü dərinlərə enmir.
Torbacıq içərisində olan dənələr mərcimək adlanır. Forma etibariylə mərcimək dənələri 0,5 sm ölçüsündə, disk formasında olur.
Ölçüsü, forması və rənginə görə növlərə bölünür: Sultan mərcimək, yaşıl mərcimək, qırmızı mərcimək kimi.
Mərciməyin ana vətəni Orta Asiya hesab edilir.

İqlim və torpaq istəyi.
Mərcimək isti mülayim və subtropik bölgə bitkisidir. Ancaq tropiq bölgələrin yüksək hissələrində və sərin fəsillərdə də əkilməkdədir. Mərcimək paxlakimilər arasında quraqlığa, istiyə və soyuğa ən davamlı olan növüdür. Optimal cücərmə dərəcəsi 8-13 olub, uzun gün bitkisidir. Vegetasiya müddəti iqlimdən asılı olmayaraq 6-7 aydır.
Mərcimək qumlu torpaqdan gilli toprağa qədər müxtəlif növ torpaqlarda yetişir. Yüksək məhsuldarlıq üçün yaxşı havalanan, yumşaq torpaqlar tövsiyyə edilir. Ancaq mərcimək sərt, hətta quru, daşlaşmış gilli torpaqlardada yetişə bilir.
Əkin
Mərciməyin əkin zamanı iqlimdən asılı olaraq dəyişməklə yanaşı, oktyabr ayının ortasından noyabr ayının sonlarına qədər olan müddət daha əlverişli sayılır. Əkin mütləq toxum əkən texnika ilə aparılmalıdır. Əkin dərinliyi torpaqdan asılı olaraq 4-5 sm olur. Əkin arası məsafə isə 15-20 sm arasında olmalıdır.
Gübrələmə
Mərcimək azotdan çox fosfor gübrələrə daha çox ehtiyac duyur. Ancaq fosforu toxumla qarışdırılıb verilməsi bitkinin inkişafına mənfi təsir göstərir. Gübrələr toxum sıralarına lent şəkilli verilməsi daha əlverişlidir.
Suvarılması
Mərcimək quru şəraitdə yetişdirildiyindən suvarılmır. Normadan artıq su vermək bitkiyə mənfi təsir göstərir. Quraqlıq uzun çəkərsə 1-2 dəfə suvarılmalıdır.
Yığılması və saxlanması
Yığım zamanı dənələrdəki nəm faizi aşağı olmalıdır. En uyğun zaman bitkilərin qurumağa başladığı müddətdir. May ayı yığım üçün ən əlverişli aydır. Əgər yığm müddəti gecikərsə dənlər tökülməyə başlayır. Yığılan məhsul ya dərhal satışa çıxarılır yada paxlakimilərin saxlanması qaydasına uyğun saxlanılır.


Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.