Skip to main content

İdxal-ixrac prosesinin təşkili və idarə edilməsi

Hər bir sahibkar marketinq xidmətinin mahiyyətini dərk etməli və bu xidmətdən istifadə etməlidir. Marketinq xidmətindən bəhrələnmək məqsədilə sahibkarlar birjalara və marketinq xidməti ilə məşğul olan firmalara müraciət edə bilərlər. Marketinq xidməti vasitəsilə bazar öyrənilir, təklif və tələbat dəqiqləşdirilir,bazarın mühiti və həcmi müəyyənləşdirilir. Bazarı ətraflı öyrənmədən bazara getmək məqsədə müvafiq deyildir.

İxrac əməliyyatı - malların, xidmət və kapitalın xarici bazarlarda satılması üçün xaricə aparılması deməkdir. İki növü olur: maddi nemətlərin daşınması və xidmətlərin ixracı; xarici partnyorlara haqqı ödənilməklə istehsal xarakterli və yaxud istehsal xarakterli və yaxud istehlak məqsədli xidmətlər göstərilməsi. Daha dəqiq desək, ixrac əməliyyatı - bağlanmış kontraktlar (müqavilələr) əsasında xarici bazara malın (əmtəənin) çıxarılması və ya xarici bazarda malın satışı deməkdir. Bazarın öyrənilməsi, marketinq xidməti və reklam işləri ixrac əməliyyatlarının atrebutlarıdır, onun tərkib hissələridir. İxrac əməliyyatı vaxtı sahibkar daxili və xarici bazarlarda malın topdan və pərakəndə məzənnə satış qiymətləri haqqında məlumatlara malik olmalıdır. Bu məlumatları bazarı öyrəndiyi zaman marketinq xidmətindən istifadə etməklə əldə edə bilər. 
Bazar iqtisadiyyatı şəraitində ixrac əməliyyatının aparılmasının bir xüsusiyyətidə ondan ibarətdir ki, sahibkar, yeni satıcı alıcını özü tapır (dövlət sifarişi istisna olmaq şərtilə). Bu məsələdə marketinq xidməti sahibkarın köməyinə gəlir. İxrac əməliyyatı ilə məşğul olan sahibkar bu barədə müəyyən təcrübəyə və səriştəyə malik olmalıdır. Sahibkar bazarı duymalı və çevik olmalıdır. Bazarda qiymətlərin aşağı düşməsi və ya yuxarı qalxması prosesini izləməyi bacarmaıdır. İxrac əməliyyatları ilə məşğul olan sahibkarlar (kəndli-fermer təsərrüfatlarının rəhbərləri) bazarın ritminə uyğun olaraq düzgün qərar qəbul etmək qabiliyyətinə və səriştəsinə malik olmalıdır.
Birjalar.Dünyada taxıl birjası London şəhərində, Pambıq birjası Liverpul şəhərində, fındıq və digər ərzaq məhsulları birjası Hamburq şəhərində və s. şəhərlərdə fəaliyyət göstərir. Respublikamızda Respublika Xammal və Əmtəə Birjası, Taxıl Birjası, Fond Birjası və sair bairjalar fəaliyyət göstərirlər. 
Birjalarda taxılın, pambığın, fındığın və digər məhsulların orta bazar qiymətləri müəyyənləşir. Bazar qiyməti - malın tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan sahibkarlar birjalardan müəyyən məlumatı almalıdırlar, yəni birjalarda satılmış və satılan kənd təsərrüfatı mallarının məzənnə satış qiymətləri, dünya bazar qiymətləri, təklif və tələbat, istehsal və digər xarakterli məlumatlar əldə edildikdən sonra tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmalıdır.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.