Skip to main content

Fermerlər biznes planı necə yazmalı

Biznes plan üçün standart forma yoxdur. Deməli, siz öz işinizə cavab verən forma işləyib hazırlamalısınız. Biznes plan tərtib edtməyə başlamazdan əvvəl məlumatları toplamalı və təhlil etməlisiniz. Təklif olunan forma işləmək üçün yaxşı model ola bilər.
Biznes planı şərh və tərtib edərkən əsas məqamlar aşağıdakılardır:

-sənədin xarici görünüşü,
-aydınlıq,
-peşəkar terminlərdən az istifadə etmək,
-qanunvericiliyə uyğunluq,
-şərhin məntiqə uyğunluğu,
-asan oxunaqlı olması.
Biznes planın hazırlanması xeyli vaxt aparır, lakin bu vaxt sonradan özünü doğruldur. Planın əsaslandırılması nə qədər yaxşı olsa, müvəffəqiyyətə şans daha çox olur və lazım olacaq maliyyənin (kreditin) əldə edilməsi üçün imkan yaradır.
Xülasə. Biznes planı hazırladıqdan sonra, xülasə hissəsinə qayıdın. Bu hissəyə xüsusi diqqət yetirmək lazımdır. Çünki banklar, sərmayədarlar, sizinlə işləmək istəyən firmalar öncə xülasəni oxuyacaqlar. Siz xülasəni cəlbedici, oxunaqlı edə bilərsiniz, sərmayədar sizin biznesinizlə maraqlanacaq, onun digər bölmələrinə baxacaq.
Xülasə qısa olaraq təklif edilən biznes, onun başqalarından fərqli, imkanları, əldə etdiyi nailiyyətlər, strateji planlar, menecment, maliyyə imkanları, marketinq planları məlumat verilməlidir.
Biznes planın tərkini
Titul vərəqi:
1.Şəxsi məlumatlar (müəssisə, onun işçi heyəti və s.),
2. İşgüzar ideya,
3. Biznesin xarakteri,
4. Əsas fəaliyyət sahəsi,
5. Marketinq-plan,
6. Maliyyələşdirmə,
7. Xüsusi faktorlar,
8. Əlavələr.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.