Skip to main content

Eroziya və qarşısının alınması yolları

Əkinçilik təcrübəsi qaydalarına riayət edilmədikdə torpağın üst münbit qtı şiddətli küləklərin, qar, yağış, irriqasiya sularının dağıdıcı təsirindən eroziyaya və defelyasiyaya məruz qalaraq əkin üçün yararsız hala düşür.
Eroziya və defelyasiya latın mənşəli sözlər olub müvafiq olaraq dağılmaq və sovurmaq deməkdir.
Eroziya - yerin səth sularının, küləyin, irriqasiya və s. amillərin təsirindən torpağın dağılmasına və münbit qatının itməsinə deyilir. 1 sm üst torpaq qatının əmələ gəlməsinə təxmini 300 il vaxt lazım olur. Odur ki, eroziyanı torpağın "xərçəngi" adlandırırlar.

Eroziya prosesi ölkəyə böyük ziyan vurduğundan onunla mübarizə ümumdövlət əhəmiyyətli problem kimi qarşıda durur.
Hazırda respublikanın topraq fondunun 3743,5 min ha, yaxud 43,3%-i müxtəlif dərəcədə eroziyaya məruz qalırmışdır.
Su eroziyası dağlıq ərazilərdə meyilli yamaclarda inkişaf etmişdir. Dağlıq ərazilərdə yamacların yüksək meyilliyi, bitki örtüyünün zəif inkişafı, bəzi hallarda isə məhv edilməsi, yağıntıların leysan xarakterli olması, torpaqların yuyulmaya davamsızlığı eroziyanın inkişafı üçün potensial inkişaf yaradır. Odur ki, dağ yamaclarında təbii meşə örtüyünün tədricən qırılması və meşə altından çıxmış sahələrdə təbii amillərin təsiri nəticəsində eroziya prosesi geniş inkişaf etmişdir. 
Torpaq səthinin bitki ilə örtülü olduqda su və digər eroziyalar çox zəif gedir və bu prosesi müşahidə etmək mümkün olmur. Belə prosesə normal eroziya deyilir. Normal eroziya torpağın inkişafına və təkamülünə mane olmur. Hər hansı bir ərazidə meşə və yaxud bitki örtüyü məhv edilərkən və ya maili sahələrin torpaqları şumlanarkən eroziyanın sürətlənməsinə imkan yaradır.
Respublika üzrə 3743,5 ha (43,3%) ərazi su eroziyasına məruz qalmışdır. Bunun 1524,2 min ha (40,7%) zəif, 882,6 min ha (26,6%) orta, 336,7 min ha (35,7%) isə şiddətli dərəcədə su eroziyasına məruz qalmışdır. 
Şiddətli dərəcədə su eroziyasına məruz qalmış torpaqlar tamamilə yararsız hala düşdüyündən, hətta otlaq və örüş kimi də istifadəyə yaramır. 
Yamacların meyilliyi artdıqca ərazidə su eroziyası təhlükəsidə artır. Belə ki, meyilliyi 5 dərəcədən çox olan sahələrlə müqasiyədə 10-15 dərəcə olan ərazilərlə su eroziyası təhlükəsi 2,5-11,0 dəfə artıq olur. Eyni zamanda şimal yamaclarından torpaqların yuyulması cənub yamaclarına nisbətən 1,1 dəfə az olur. Yamaclardan qarın qısa müddətdə, sürətlə əriməsi də eroziyanı sürətləndirir.
Atmosfer çöküntülərinin miqdarıda torpaqda eroziya prosesinin intensifliyinə ciddi təsir edir. Belə ki, illik yağıntıların miqdarı daha çox olan, xüsusilə də leysan şəklində olan ərazilərdə az yağıntı düşən rayonlara nisbətən torpaq üçün potensial təhlükə yaranır. Bir sutka ərzində 59,3 mm yağıntının düşməsi nəticəsində əkin sahəsinin hər hektarından orta hesabla 540 kub metr torpaq yuyulması müşahidə olunmuşdur.
Təbii bitki örtüyünə sahib sahib sahələrdən fərqli olaraq birillik bitkilərdən ibarət əkin sahələri ilin müəyyən vaxtı şum edildiyindən topraq müəyyən müddətdə çılpaq qalır. Ona görə də əkin sahələrində torpaq eroziyasının inkişafı üçün potensial inkan yaranır.
Mal-qara otlaq və biçənəklərdə növbələşmədən, fasiləsiz otarıldıqda bir tərəfdən bitkilərin yerüstü hissəsini yeyir və yaxud kökündən çıxarır, digər tərəfdən dırnaqları ilə torpağın səthini zədələdiyindən eroziya üçün münasib şərait yaradır. Otlaqlarda və meşə sahələrində su eroziyası nəticəsində torpağın yuylmasına səthi eroziya, ovulmasına isə xətti eroziya deyilir.
Xətti eroziya inkişaf edərək yarğan, qobu və dərələrin əmələ gəlməsinə, səthi eroziya isə torpağn üst münbit qatının zəif, orta və şiddətli dərəcədə yuyulmasına, nəhayət münbit qatın məhv olmasına səbəb olur.
Külək eroziyası Respublika ərazisinin 367,8 min ha (4,3%) külək eroziyasına məruz qalmışdır. Sahədə bitki örtüyü seyrək və sahə çılpaq olduqda külək torpağın narın hissəciklərini sovuraraq bir sahədən başqa sahəyə aparır.
Külək eroziyasının qarşısının alınmasında və kənd təsərrüfatı bitkilərininməhsuldarlığının artırılmasında qoruyucu meşə zolaqlarının salınmasının böyük əhəmiyyəti vardır. Qoruyucu meşə zolaqları mikroiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır, külək və su eroziyasının qarşısını alır, qar örtüyünün bərabər yayılmasına və tədricən əriməsinə şərait yaradır, tarlalarda buxarlanmanı zəiflədir, qurunt suyunun səviyyəsini aşağı salır.
Qoruyucu meşə zolaqları küləyin sürətini təqribən 53% azaltdığından kənd təsərrüfatı bitkilərin məhsuldarlığı 20-30% və daha çox artır.
İrriqasiya (suvarma) eroziyası. Dağətəyi və aran rayonlarında suvarılan sahələrdə irriqasiya eroziyası geniş yayılmışdır.
Respublikada 269,9 min ha (3,1%) torpaq irriqasiya eroziyasına məruz qalmışdır. İrriqasiya eroziyasının baş verməsinin əsas səbəbi suvarma normasına əməl edilməməsidir. Belə ki, suvarma normasına əməl edilmədən sahəyə normadan artıq suvarma suyu verilməsi nəticəsində onun bir hissəsi torpağa hopmur və yamac uzunu axaraq torpağın üst münbit (humus) qatını yuyur, az mailli sahələrdə isə torpağın dərin qatlarına hoparaq qurunt sularının səviyyəsinin qalxmasına və yaxud əkin sahəsinin üst səthində qaysaq əmələ gətirərək torpağın su-hava rejiminin pisləşməsinə səbəb olur. Suvarmanın normadan artıq və selləmə şəklində verilməsi sahəyə verilmiş gübrələrin də yuyularaq sahədən kənarlaşmasına səbəb olur.
Eroziya prosesinə qarşı mübarizə tədbirləri sistemi aşağıdakılardan ibarətdir:
- Çəmən və otlaq sahələri sistemli şəkildə istifadə edilməli, otarma norması və vahid sahədə otarılan mal-qaranın sayı normadan artıq olmamalıdır.
- Meşəqırma norması və meşənin torpaqqoruyucu funksiyası zəiflədilməməlidir. Meşədən istifadə zamanı meşənin doluluğu 0,5-0,6 dan aşağı düşməsinə yol verilməməlidir.
- Dəmyə əkinçiliyi bölgələrdə dik yamacların başdan-başa tam şumlanması qadağandır.
Dik yamaclarda bağlar, plantasiyalar altında və meşəlik kimi istifadəsində torpağın tranşeylərlə, zolaqlarla, yuvalarla, terraslaşdırma ilə həyata keçirilməlidir. Dik yamaclarda şum və becərmə işləri yamaca köndələn istiqamətdə aparılmalıdır.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.