Skip to main content

Pestisidlər və ümumi təhlükəsizlik tədbirləri

Pestisidlər
Pestisidlər ümumi adıdır, bitkiləri, kənd təsərrüfatı məhsullarını, ağac materiallarını, yun, pambıq və dəri məmulatlarını mühafizə etmək, heyvan parazitlərini məhv etmək və xəstəlik törədicilərinə qarşı mübarizə aparmaq üçün istifadə olunan kimyəvi birləşmələrə deyilir.
Pestisidlər ən çox kənd təsərrüfatında, xüsusilə, bitkilərdə istifadə olunur. Pestisid latın sözüdür: Pestis-xəstəlik, caedo-məhv edirəm deməkdir. Pestisidlər praktiki təyinatına görə qruplara bölünür.
Geniş yayılan pestisidlər qrupu aşağıda verilib:
Herbisidlər-alaq otlarına qarşı,
Bakterisidlər-bakteriyalara qarşı,
Fungsidlər-parazit göbələklərə qarşı,
Algisidlər-yosunlara qarşı,
İnsektisidlər-həşaratlara qarşı,
Akarasidlər-gənələrə qarşı,
Rodensidlər-gəmiricilərə qarşı istifadə olunur.
Ümumi təhlükəsizlik tədbirləri
1. Pestisidlərlə işlədikdə texniki təhlükəsizliyə görə məsuliyyət sahibkarın öz üzərinə düşür.
2. Xəstəliklərə, zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərində yalnız təhsili, kurs hazırlığı və təcrübəsi olan şəxslərin iştirak etməsinə icazə verilir. Onlar ən azı ildə bir dəfə təhlükəsizlik tədbirləri barədə mövcud olan məlumatlarla tanış olmalıdırlar.
3. Uşaqlara, 18 yaşına qədər olan cavanlara, hamilə və südəmər uşağı olan qadınlara, xəstə adamlara, 50 yaşdan yuxarı qadınlara və 5 yaşdan yuxarı kişilərə pestisidlərlə işləməyə icazə verilmir.
4. Pestisidlərlə işlədikdə papiros çəkmək, su və qida qəbul etmək qadağandır. Kənar şəxslərin pestisidlər tətbiq edilən yerdə durmasına icazə verilmir.
5. Güclü təsirə və zərərlik xassəsi yüksək olan pestisidlərlə gündə maksimum 4 saat işləmək tövsiyə olunur. Pestisidlərlə işləyənlər süd içməlidirlər və cavabdeh şəxs vəziyyətə nəzarət etməlidir. Şübhəli hal müşahidə olunduqda şikayətçiyə ilk yardım göstərilməlidir. Bütün təsərrüfatlarda dərman qutusu saxlamaq tövsiyyə olunur.
6. Əkin sahəsini zəruriyyət olmadıqda dərmanlamaq qadağandır.
7. Bütün hallarda üzərində təyinatı və istifadəyə yararlılıq müddəti göstərilən pestisidlərdən istifadə olunmalıdır. Vaxtı keçmiş pestisidlərin sınaqdan keçirilməsinə icazə verilmir. Pestisidlərdən tarada göstərilən təlimata uyğun istifadə olunmalıdır. Dozanı artırmaq və nəzərdə tutulmadığı halda təkrar dərmanlamaq qadağandır.
8. Əkin sahəsi yalnız məsləhət görülən maddələrlə dərmanlanmalıdır. Məhsul yığımından əvvəl axırıncı dərmanlama vaxtına ciddi əməl olunmalıdır. Dərmanlama bütün hallarda bitkinin və zərərvericilərin biologiyasına uyğun olaraq təklif olunan optimal müddətdə aparılmalıdır.
9. Səbzə tərəvəzin (səbzə, soğan, şüyüd, cəfəri, çuğundur və s.) pestisidlərlə dərmanlanmasına icazə verilmir. Torpaq ziyanvericilərinə və alaq otlarına qarşı dərmanlanma səpindən qabaq aparılmalıdır.
10. Pestisidləri saxlamaq üçün istifadə olunan anbar, mexaniki qurğuları doldurmaq və bitki toxumalarını dərmanlamaq üçün istifadə olunan meydança yaşayış binasından, heyvandarlıq və quşçuluq fermasından, su mənbəyindən 200-500 m aralıda olmalıdır.

11. Kimyəvi mübarizə aparmağa başlamazdan əvvəl ərazidə olan qonşu təsərrüfatlar tətbiq olunan preparat haqqında, onun dozası, məqsədi, miqdarı tətbiq qaydası haqqında xəbərdar edilməlidir. Sahənin sərhəddi xəbərdaredici işarələrlə fərqləndirilməlidir. Arıçılıq təsərrüfatları da xəbərdarlıq edilməlidir.
12. Sahə mexaniki əl qurğusu ilə maksimum eytiyyatla dərmanlanmalıdır. İş zamanı evin qapı və pəncərələri örtülməli, su mənbələri və heyvan yemləri zəhərli maddələrdən qorunmalıdır.
13. Sahənin dərmanlanması səhər tezdən və axşam saatlarında aparılmalıdır.
14. Dərmanlanmış sahədə yalnız14. Dərmanlanmış sahədə yalnız 3-5 gün keçdikdən sonra işləməyə icazə verilir.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.