Skip to main content

Otlaqlara qayğı

Kənd təsərrüfatı istehsalının ən vacib ehtiyat mənbələrindən biri və həm də ən çox etinasızlığa məruz qalanı otlaqlardır. Buna baxmayaraq, biz ondan "çoxlu və ucuz süd" və heyvanların çəki artımını gözləyirik. Lakin otlaqlara çox vaxt lazımi diqqət yetirilmir. Bu da öz növbəsində təkcə istehsal göstəricilərinə yox, həm də ekologiyaya mənfi təsir edir.
Sübut olunmuşdur ki, otlaqrla lazımi qulluq nəinki yemlərin qidalılıq dəyərini yüksəldir və pestisidlərin təsirini, səmərəliliyini artırır, həm torpaq eroziyasının qarşısını alır.
Az da olsa diqqət və qulluq göstərilən otlaq sahələri heyvanların mühüm qida mənbəyinə çevrilir, eyni zamanda ətraf mühitin çirkab sularla çirklənməsi riski azalır. Otlaqların idarə olunması sxeminin hazırlanmasında birinci addım bitkilərin invertarlaşdırılmasıdır, yəni sahədə nə bitdiyinin müəyyən edib qeydə alınmasıdır. Bəlkə, sahədə yem bitkilərinə nisbətən alaqlar çoxdur? Əgər belədirsə, onda alaqlar birillikdir, yaxud çoxillikdir? Payızda birillik alaqlar problem yaratmır, eyni zamanda payız fəsli çoxillik alaqlarla mübarizədən ötrü ən yaxşı vaxtdır. 
İdarəetmə sxeminin hazırlanmasında ikinci addım otlaq torpağın təhlil olunmasıdır. Yüngül torpaqlara gübrələr vermək lazımdır. Torpağın təhlili bitkilərin qida maddələrinə tələbatlarını hesablamağa kömək edir. Əgər otlağa toxum səpmək, yaxud otlağı tamamilə yenidən əkmək lazımdırsa, onda şəraitə uyğun gələn daha qidalı və məhsuldar ot qarışıqları müəyyənləşdirilməlidir. Əksər hallarda paxlalı otların səpini ən yaxşı variantdır. Onlar qidalı maddələrlə zəngindir və otarma mövsümünü artırmağa imkan verir. Əgər otlaq intensiv istismar edilərsə, yoncadan istifadə edilməlidir, əgər edilmirsə, onların və ot növlərinin seçim miqdarı genişləndirilir. Əksər hallarda 2-3 ot qarışığından istifadə ən yaxşı variant hesab edilir. Sizin otlaq hətta kafi görünəndə, paxlalı otların səpini xeyirlidir. Bu yaşıl yemin zülallıq dəyərini yüksəldir və digər otların azotla qidalanmasını təmin edir.
Müsbət nəticələr alaqları nəzarətdə saxlamağa və otlaqlara qulluq işində əldə olunmuş nailiyyətləri möhkəmləndirməyə kömək edir:
1) Otlaq nəm olan zaman, heç vaxt heyvanları otarmaya çıxarmayın. Torpağın qurumasını gözləyin. Otlağa yumşaq və  nəm torpağı ayaqlayan heyvan dırnaqları qədər ziyan verən heçnə yoxdur. Mal-qaranın otlağa erkən çıxarılması torpağın bərkiməsi riskini yüksəldir və nəticədə onun strukturunu pozur. Bu, otarma müddətində də özünü göstərir.
2) Heyvanların otlaqlarda növbə ilə otarılması (rotasiya) təmin edilməlidir. Bu, bitkilərə güclü kök sistemini inkişaf etdirməyə, mövsüm ərzində yüksək keyfiyyətli yemlərin miqdarını artırmağa, alaqların payının azaldırmasına kömək edir. Hətta kiçik otlaqda bitkilərin "istirahətini" təmin etməkdən ötrü xırda sahələrə bölünə bilər. Heyvanların rotasiyası otlaqda peyinin bərabər surətdə yayılmasını təmin edir. Otlağın peyin quruyandan sonra yüngül mayalanması yumurtalar və süfrələr qoyulmasının "üstünü açmaq" hesabına ziyanlı həşaratların miqdarını azaldır, onlara və yırtıcı həşaratlara gün işığının təsirini artırır.
Otlaqları heyvanlardan soyuqlar başlayana qədər azad edin. Bu bitkilərə ehtiyat kökləri toplamağa kömək edir və otlağın ömrünü uzadır. Heyvanlar otlağın yonca sahələrini avqustun ortalarında, digər sahələrini isə avqustun axırı və sentyabrın əvvəlində tərk etməlidir. 
Torpağa hər il aparılan təhlil əsasında gübrə verilir.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.