Skip to main content

Yaşıl gübrələr

Hər bir təsərrüfatçı becərdiyi sahədən yüksək məhsul əldə etməyə çalışır. Lakin əksər torpaqlar bitkilərin böyüməsi üçün lazımi qida maddələri ilə zəngin olmur. Onda görə də, torpağa həm üzvi, həm də mineral gübrələr verilir ki, məhsula sərf olunan qida maddələrinin yerini doldursun. Məlumdur ki, bitkilər 20-dən çox qida maddəsi tələb edir. Bütün vaxtlarda peyin ən təsirli gübrə sayılmışdır. Hər 100 kv.m. sahəyə 200 kq peyin verilən zaman torpağa təxminən 1 kq azot, 0,6 kq fosfor, 1,2 kq kalium, az miqdarda isə kalsium, maqnezium və digər qida elementləri verilmiş olur. Torpağın münbitliyini artırmaq üçün təklif olunur ki, siderat bitkilərdən də istifadə olunsun.

Sideratlar bitkidir, onların yaşıl kütləsi torpağı üzvi maddələrlə və azotla zənginləşdirir. Əkinçilik praktikasında yaşıl gübrələrdən çoxdan istifadə olunur. Qərbi Avropa və Amerika ölkələrində yaşıl gübrə üzvi əkinçilik sisteminə daxildir və ekoloji təmiz məhsul almaq məqsədi ilə tətbiq olunur.
Təssüf ki, Azərbaycanın isə məhsul istehsalçılarının əkin sahələrində sidetlar az tətbiq olunur. Siderat bitkilər sahələr boş olan vaxt, yəni istiliksevən bitkilərin səpininə qədər və ya payızda məhsul yığımından sonra əkilir. Üzvi əkinçiliyin qızıl qaydasında deyilir: torpağı örtüksüz saxlamaq olmaz. Bu qaydanı həyata keçirtmək üçün erkən yazda əsas bitkinin, məsələn, pomidorun əkininə qədər sahəyə soyuğadavamlı və tez böyüyən bitkilərdən xardal, paxlalılar, ağ turp, noxudla vələmir qarışığı səpilir. Şitillərin basdırılma vaxtı yaxınlaşanda sahə şumlanır və yaşıl kütlə torpağa qarışdırılır.
Sideratlardan kompostlaşdırmada və əlavə yemləmə üçün duru gübrələrin hazırlanmasında da istifadə edilir. Siderat bitkilərin həm yaşıl kütləsi, həm də kök sistemi mikroorqanizmlərin təsirinə məruz qaldığından bakteriyaların köməyilə torpağı humusla, azotla, fosforla, kükürdlə zənginləşdirir. Paxla-taxıl qarışığından ibarət yaşıl gübrə isə torpağı humusla, azotla, fosforla, kükürdlə zənginləşdirməkdə peyindən geri qalmır və səmərəsi daha yüksək olur. Lakin o, bitkiləri ilboyu qida maddələri ilə təmin etmir, buna görə də sidetatların tətbiqi peyindən və kompostdan istifadəni istisna etmir, amma onların miqdarını xeyli azaltmağa imkan verir. Sideratlar təkcə gübrə deyil, həm də torpağın strukturunun bərpasında onun sanitarları hesab olunur. Sideratlar torpağın su və hava rejimini yaxşılaşdırır. Bu taxıl bitkilərinin becərilməsində daha aydın görünür. Taxıl bitkiləri saçaqlı kök sistemi torpağı xırda hissələrə "bölürlər". Belə təsir ağır, suyu pis keçirən struktursuz torpaqlar üçün xeyirlidir.
Yüngül qumsal torpaqlarda yaşıl gübrələr canlı mulça rolunu oynayır., yəni yuxarı qatdan qida maddələrinin yuyulmasına maneçilik törədir. Ona görə də belə torpaqlarda payızda siderat bitkilərin bəziləri bitkiləri xəstəliklərdən və ziyanvericilərdən müdafiə etməklə, torpaq sanitarı rolunu oynayır. Məsələn, ağ xardal növbəti il kartof əkilməsi nəzərdə tutulan sahəyə səpilsə, həm bitkilər qida maddələri ilə yemlənər, həm də torpaq qoturluq, rizoktonioz, fitoftoroz törədicilərindən təmizlənər və hətta yumrularım məftil qurdu ilə zədələnməsidə azalar. Soğan əkilən yerə adətən avqust ayında xardal səpilir. Oktyabrda yaşıl kütləni torpağa verdikdə isə mahsuldarlıq da və məhsulun keyfiyyəti də yaxşılaşır. Kartof əkinindən qabaq  yağlı ağ turpun sahədə əkilməsi nematodun yayılmasının qarşısını alır.
Fakt budur ki, eyni sahədə tərəvəz və kartof bitkilərinin arası kəsilmədən yetişdirilməsi torpağın zəifləyib, gücdən düşməsinə, xəstəlik törədiciləri və ziyanvericilərin toplanmasına səbəb olur. Bu zaman sideratlar, aralıq bitki kimi, təsərrüfatçıların köməyinə gəlir. Eyni bir yerdə fasiləsiz olaraq bir bitkinin, yaxud bir ailədən olan bitkilərin əkilməsi zəncirini uyğun gələn sələf seçməklə qırmaq olar.
Yaşıl gübrələr də torpağın hazırlanmasını tələb edir. Onları şumlamamış, yaxud yumşaldılmamış torpağa səpmək olmaz. Əlbəttə, bir botaniki ailədən olan siderat və əsas bitkini eyni sahədə dalbadal əkmək də olmaz. Məsələn, yağlı ağ turp kələmin və digər kələm fəsiləsinə daxil olan bitkilərin sələfi ola bilməz.
Nəzərə almaq lazımdır ki, körpə yumşaq yaşıl ot torpaqda tez çürüyür, çoxlu azot ayrılır. Ona görə də adətən əsas bitkilər torpağa sideratın yaşıl kütləsi verildikdən 2-4 həftə sonra əkilir. Yaşıl kütlə çox olanda turşuyur. Ona görə də onun bir hissəsi kompostlaşdırma, yaxud mulça üçün istifadə edilməlidir. Yaşıl gübrə bitkilərin qönçələmə və çiçəkləmə fazasında verilməlidir.
Sideratları toprağa payızda, şaxtalar düşənə qədər və bitkilərin toxumlamasından qabaq verilməsi qəbul olunmuşdur. Siderat bitkilər dərin yox, dayaz basdırılmalıdır. Çünki oksigen keçməyəndə çürümə ləngiyir və yaşıl kütlə torfabənzər kütləyə çevrilir. Basdırma dərinliyi yüngül torpaqda 12-15 sm, ağır torpaqlarda isə 6-8 sm olmalıdır.
Əsas yaşıl gübrə bitkiləri:
Yonca: Kökü dərinə endiyindən dərinlikdəki qidalı maddələri səthə qaldırır.
Qarabaşaq
Darı
Xardal
Ağ turp
Soya
və s.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.