Skip to main content

Meyvə bağlarına qulluq

Bağçılığın intensiv yolla inkişafı yeni meyvə bağlarının salınması, ağacların bağda yerləşdirilməsi sxemi, bağların becərilməsi, gübrələnməsi, suvarılması, formavermə və budanması, həmçinin digər aqrotexniki tədbirlərin əsaslı surətdə dəyişdirilməsi tələb edir.
Müasir dövrdə bağçılığın intensivləşdirilməsinin texnologiyasının mahiyyəti dəqiq müəyyən edilmişdir. Bağçılığın intensiv inkişafı vahid sahədən daha yüksək meyvə götürmək deməkdir. Odur ki, bağlarda kompleks aqrotexniki tədbirləri vaxtında və düzgün tətbiq etməklə daha yüksək məhsul götürmək mümkündür.

Bağçılıqda intensivləşdirmənin ən vacib məsələlərdən biri də meyvə bağlarında cərgəaralarının saxlanması və becərilməsidir.
Bu iş əsasən, payız-qış dövründə aparılmalıdır. Bu dövrdə torpaq becərildikdə onun strukturu yaxşılaşır, belə torpaqları yazda yumşaldılması asanlaşır.
Cavan meyvə bağlarının cərgəaralarının saxlanması və becərilməsi. İntensiv bağlarda cərgəaralarının uzun müddət qara herik altında saxlanması torpağın strukturunun pozulmasına səbəb olur. Ona görə də suvarılan və rütubətlə yaxşı təmin olunan intensiv meyvə bağlarında tinglər bağa əkildikdən sonra cərgəarası torpaq 3-4 il qara herik altında saxlanılmalıdır. Qara herikdən sonra 1-2 il sideral bitkilər əkilməli və təbii çəmənliklə növbələşdirilməlidir. Sonra 4-5 ildən bir cərgəaralarında qara heriklə təbii çəmənliyin yerləri dəyişdirilməlidir.
Torpağın münbitliyini artırmaq və ağacları qida maddələri ilə təmin etmək üçün hər il payızda (oktyabr və noyabr) gövdə ətrafının torpağı gübrələnib bellənir.
Qara herik altında olan cavan bağlara hektara 20 ton peyin, təsiredici maddə hesabı ilə 120-180 kq azot, 120-180 kq fosfor, 60-90 kq kalium verilməlidir.
Meyvə ağaclarının gövdəətrafı zolaqları frezlərlə yumşaldılır və ya gövdədən yanlara doğru 8-10 sm dərinlikdə bellənir. Çətirlərdən kənara bellənmənin dərinliyi 12-15 sm-ə çatdırılır. Rütubəti saxlamaq məqsədilə yazın əvvəlində ağacın gövdəətrafı torpağı yumşaldılır.
Suvarılan rayonlarda hər suvarmadan sonra, dəmyə rayonlarda isə yağışdan sonra torpaq səthinə kultivator çəkilir. Vegetasiya müddətində torpağı azı 4-5 dəfə 6-8 sm dərinlikdə yumşaltmaq lazımdır. Gövdəətrafı zolaqların becərilməsində bağ frezi tətbiq edilməlidir. 
Barverən bağların cərgəaralarının saxlanması və becərilməsi. Barverən bağlarda qara herik, sideral herik, qısa müddətli çimləmə, çim çürüntüsü, bitkili herik və təbii çəmənlik altında saxlanıla bilər.
Qara herik. Qara heriyin əsas rolu bağın torpağın alaq otlarından təmizləmək, torpaqda rütubəti saxlamaq, aerasiya prosesini yaxşılaşdırmaqdan ibarətdir.
Cərgəaralarının torpağı qara herik altında saxladıqda oktyabr, noyabr aylarında başlayaraq sahə şumlanır. Şumun dərinliyi kök sisteminin yerləşmə dərinliyindən asılı olaraq çəyirdəkli meyvə bağlarında isə 15-18 sm-dən artıq olmamalıdır.
Şumlama ilə bir vaxtda gövdəətrafının torpağı meyvə ağaclarında gövdədən yanlara doğru 8-12 sm dərinlikdə bellənməlidir.
Sideral herik. Suvarılan və yağıntı ilə təmin olunmuş rayonlarda cərgə aralarına örtük bitkiləri əkilir. 
Sideral bitkilərin səpinində əvvəl tumlu meyvə bağlarının cərgə araları 15-18 sm, çəyirdəkli meyvə ağaclarının cərgə araları isə 12-15 sm- dərinlikdə şumlanır. Şumdan əvvəl hektara 300-400 kq superfosfat, 200-300 kq kalium duzu, 200-300 kq ammonium şorası verilir. Şumladıqdan sonra torpaq malalanır və hamarlanır.
Sideral bitkilər kimi paxlalı bitkilərdən qışlıq göy noxud, lərgə, yağlı bitkilərdən xardal, karbonatsız torpaqlarda xaşa və noxuddan istifadə edilir.
Qısamüddətli çimləmə. Torpağın xüsusi xassəsini və strukturunu yaxşılaşdırmaq üçün bağda cərgəaralarına çoxillik otların toxumlarını səpməklə qısamüddətli çimləmə tətbiq edilir. Cərgəaralarına səpiləcək çoxillik otların hektarta səpin norması 20-25 kq-dan artıq olmamlıdır. Cərgəaralarındakı otların hündürlüyü 15-20 sm-ə çatdıqda biçilərək həmin yerdə mulça materialı kimi saxlanmalıdır. Bu iş vegetasiya müddətində 4-5 dəfə təkrar olunmalıdır. Hər biçimdən sonra bağlar mütləq suvarılmalıdır.
Təbii çəmənlik. Suvarılan rayonlarda tam bara düşmüş meyvə bağlarının cərgəaralarını təbii çəmənlik altında saxlamaq msələhətdir. Ağacların gövdəətrafı sahəsi isə qara herik altında qalır. Vegetasiya dövründə cərgəaralarındakı təbii çəmənliyin otu vaxtaşırı biçilib sahədən çıxarılır.
Dəmyə şəraitində mailliyi 15 dərəcədən yuxarı olan yerlərdə torpaq eroziyasının qarşısını almaq üçün cavan, həm də bar verən bağların cərgə araları təbii çəmənlik altında saxlanmalıdır.

Faydalı məqalələr:

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.