Bitkinin ideal inkişafı istilik, nəm, günəş
işığı, torpağın fiziki, bioloji və kimyəvi xüsusiyyətləri ilə bağlıdır. Hava və
iqlim kimi ekoloji faktorlarla yanaşı torpak pH-ı, havalanma xüsusiyyətləri,
maddələr nisbəti, torpağın bioloji quruluşu, qida elemetlərinin tarazlığı
bitkinin torpaqdakı qida elementlərindən faydalanma vəziyyətini təyin edən
faktorlardır. Bu faktorlar bitkinin inkişafı baxımından gübrələmə qədər dəyərlidir
və öncədən nəzərə alınmaları vacibdir.
Bitkilər karbon, hidrogen və oksigeni hava və
sudan, digər bütün qida elementlərini isə torpaqdan təmin edir. Bitkinin ən çox
ehtiyacı olan qida maddələri kalsiyum, azot, fosfor, maqneziyum, kalium və
kükürtdür. Bu elemetlər hər hektara 11,2 kq-dan 440 kq-dək verilməlidir.
Bitkinin ən az ehtiyac duyduğu elemetlər isə bor, xlorid, mis, dəmir, manqan,
molibden və sinkdir. Bunlardan molibden hər hektara 15 qr, dəmir və manqan isə
700 qr verilməlidir.
Bitkilər lazımi qidaları kifayət qədər ala
bilmədikləri zaman, gözlə görünən çatışmazlıq əlamətləri göstərirlər. Əsas
çatışmazlıq əlamətləri bunlardır:
Azot çatışmazlığı: Bitkinin inkişafına mane
olur, rəngi saralır. Yarpağ ucları bitkinin altındakı yarpaqlardan başlayaraq
qırmızımtıl qəhyəyi rəngdə olur.
Fosfor çatışmazlığı: Kökün inkişafına mane
olur, saplar uzanır, bitkinin yetkinləşməsi gecikir. Bitkinin rəngi göyərir.
Kalium çatışmazlığı: Yarpaq ucları qovrulur,
saralır, saplar zəifləyir. İçərdəklər quruyub büzülür.
Kalsiyum çatışmazlığı: Yarpaq ucları darax
kimi parçalanır. Çiçəklər tam açmamış ləçəklərini tökür.
Maqneziyum çatışmazlığı: Yarpaqlar incə və
kövrək olurlar, uclarında və damar aralarındakı bölgədə rənglərini itirir, açıq
yaşıl rəng alırlar.
Kükürt çatışmazlığı: Bitkinin alt hissəsindəki
yarpaqlar saralır, köklər və saplaqların ölçüləri kiçilir.
Bor çatışmazlığı: Tumurcuqlar açıq yaşıl rəngdə
olur. Köklərdə tünd ləkələr əmələ gəlir. Saplaqlar çatlayır.
Mis çatışmazlığı: Bitkinin rəngi ağarır.
Sitrus meyvələri qırmızımtıl qəhvə rəngdə olur və anormal şəkildə böyüyür.
Dəmir çatışmazlığı: Yarpaqlar saralır, ancaq
damarları yaşıl qalır. Yarpaqlar yuxarı tərəf qıvrılır.
Manqan çatışmazlığı: Yarpaqlarda ölü
toxumalar görsənir, yarpağa nahamar bir görünüş verir.
Sink çatışmazlığı: Yarpaqlar kiçilir,
Yarpaqlarda xallar əmələ gələ bilir. Tumurcuq inkişafı zəifləyir.