Skip to main content

Üzüm əkmək istəyənlər üçün bəzi məsləhətlər

Demək olar ki, dünyanın hər bir yerində yetişdirilən üzüm ölkəmizdə də sevilir və geniş şəkildə əkilir. Düzgün qulluq və budama edildikdə bitkisi 30 ilə qədər becərilə bilir. Üzüm tingi alarkən etibarlı yerlərdən almağa çalışın. 1 illik bitkilər hər zaman ən yaxşılarıdır. 


Əkilməsi
  • Yazın əvvəllərində yatmış, çılpaq köklü bitkilər əkin.
  • Əkmədən öncə çardaq və ya qəfər düzəldin. Bitki yuxarı qalxdıqca dayağa ehtiyac duyur. Bu, eyni zamanda bitkini xəstəliklərdən də uzaq tutur.
  • Üzüm bitkilərinin əksər sortları özü-özünü döllüyür. Alarkən tozlanma üçün başqa bir bitkiyə ehtiyacı olub olmadığını soruşun.
  • Tənəyi əkmədən öncə 3 saata qədər kökünü suda saxlayın.
  • Bitki üçün günəşli yerlər seçməyə çalışın. Torpaq isə dərin, yaxşı-sulanan və yumşaq olmalıdır. Eyni zamanda yaxşı hava dövrüyəsinə də malik olmalıdır.
  • Bitkilər arasında 2 metrə qədər məsafə olmalıdır.
  • Hər bir bitki üçün 30 sm dərinliyində və 30 sm enində quyu qazın. 
  • Bitkini yerləşdirin və torpaqlayın. Ancaq torpağın üzərindən döyəcləməyin.
  • Əkdikdən sonra sulayın.


Qayğı
  • İlk iki il ərzində bitkinin meyvə verməsinə icazə verilməməlidir. Gücü kökün inkişafına və güclənməsinə verməlidir. 
  • Budamaq çox vacibdir. Budama Mart və ya Aprel aylarında ildə bir dəfə bitki oyanmamışdan öncə həyata keçirilməlidir. 
  • Əvvəlki fəsildən qalmış hissələrin 90 faizini budamaqdan çəkinməyin. Bu yüksək keyfiyyətli məhsulla nəticələnəcək. Unutma ki, nə qədər çox budasan, o qədər çox məhsul alacaqsan.
  • Birinci il 2-3-nü saxlamaqla bütün tumurcuqları kəs. Sonra iki güclü qol saxlamaqla qalanlarını kəs.
  • İkinci il hər bir qolda bir neçə tumurcuq saxlamaqla bütün qolları buda. Bütün salxım çiçəklərini kəs.
  • Torpaqla bağlı bir problem yoxsa, birinci il gübrə vermə. İkinci ildən böyüdükcə az miqdarda gübrə ver.
  • Quşları uzaq tutmaq üçün tordan istifadə edə bilərsən.


Yığılması və saxlanması
  • Əgər üzüm tam şəkildə dəyə bilmirsə, günəş görməsi üçün lazımsız yaşıllıqları təmizlə. 
  • Əgər bir kərə dərildisə dəyməyə davam etməyəcək.
  • Üzümü 6 həftəyə qədər saxlamaq mümkündür. Ancaq üzüm digər meyvə və tərəvəzlərin qoxusunu özünə çəkdiyindən ayrı saxlanmalıdır.
Mənbə: Almanac
Tərcümə etdi: Hüseyn Şavəddinli

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.