Skip to main content

Suvarma üsulları



Suvarma insanlar bitkiləri becərdikləri dövrdən bəri mövcuddur. Toxumu əkib, becərməyi öyrəndikdən sonra insanın ilk kəşfi güman ki, vedrə olub. Qədim insanlar becərdikləri bitkiləri sulamaq üçün su dolu vedrələri daşıyacaq qədər güclü olublar. Su daşıyıb tökmə metodu indiki zamanda da istifadə edilsədə, daha səmərəli və  mexanikləşdirilmiş metodlar daha çox istifadə olunur.


Öz axımı ilə (şırım açaraq) sulama üsulu:
İlkin insanlar bu üsuldan istifadə etmişlər. Bu üsul hələ də suvarma üsulları arasında yer almaqdadır. Bu üsulda su sahələrə gətirilir və ya nasosla vurulur və sahə boyunca bitkilərin hər bir yerinə axmasına icazə verilir. Ucuz və asan başa gələn bu üsul əsasən az inkişaf etmiş cəmiyyətlərdə istifadə edilsədə, ABŞ kimi inkişaf etmiş ölkələrdə də istifadəsinə təsadüf edilir.
ABŞ-da içməli suyun böyük hissəsi - 39 faizi məhsulları suvarmaq üçün istifadə edilir. Suvarmadan sonra, suyun bir qismi buxarlandığından, və ya torpağa hopduğundan yenidən istifadə edilə bilmir. Suyun qıt olduğu yerlərdə isə bu üsul çoxda əlverişli olmadığından, fermer sudan qənaətlə istifadə yöntəmlərinə əməl etməlidir. Bunlar aşağıdakılardır:
  • Nahamar yerlərin düzləşdirilməsi
  • Suyun hissə-hissə buraxılması
  • İtkilərin qarşısının alınması
Sahəninin düzləşdirilməsi. Su cazibə qüvvəsinə uyğun olaraq aşağıya doğru hərəkət edir. Belə olduqda nisbətən hündür yerlərə su çatmayacaq. Fermerlər lazer şüaları kimi bir sıra düzləşdirmə üsullarından istifadə edə bilərlər əkindən öncə. Sahənin səthi düz olduqda su sahə boyunca bərabər şəkildə paylana bilir.
Suyun hissə-hissə verilməsi. Ənənəvi sulamaya sadəcə suyun sahə üzərində yayılması daxildir. Su xüsusi ardıcıllıqla buraxılır ki, nəticədə hər bir yerə doyunca su verilə bilir.
İtkilərin qarşısının alınması. Sahənin kənarlarının düzgün olmaması ucbatından çox miqdarda suvarma suyu israf edilir. Fermerlər xüsusi xəndək və nasoslar vasitəsilə kənara axan suları dövr etdirərək yenidən istifadə edə bilərlər.
Damcı üsulu ilə suvarma:
Meyvə və tərəvəzləri suvararkən bu üsul daha əlverişlidir. Su xüsusi borularla axdığından, buxarlanma və sızma kimi su itkiləri olmur, nəticədə suyun dörddə birinə qənaət edildiyindən axım ilə sulama üsuluna nisbətən daha səmərəli olur.
Çiləmə üsulu ilə suvarma:
Çiləmə üsulu suvarmanın daha müasir üsuludur, ancaq bu da avadanlıqlar tələb edir. Bu sistem həyətdəki çimənlikləri sulama üsuluna oxşardır. Böyük ölçülü çiləmə sistemləri bugün böyük ölçülü təsərrüfatlarda istifadə edilir. Bu sistem də su mənbəyinə bərkidilmiş boruya ehtiyac var. Su boru vasitəsilə axır və aparat vasitəsilə çilənir. 

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.