Skip to main content

Pambıq hekayəsi

Dünya üzrə "vəhşi pambığın" bir sıra növləri var. Bunlara Avustralyada, Afrikada, Mərkəzi Amerikada, Aşağı Kaliforniyada, Brazilyada, Meksikada və digər tropikal ölkə və adalarda təsadüf edilir. Təmizləmə ilə bağlı çətinliklər səbəbindən, iqtisadi cəhətdən istifadəsi əlverişli deyil. Bir sıra genetik yardımlara baxmayaraq, bugünün pambıqları "vəhşi" sortlardan yaranıb və irəliləməyədə davam edir. 

Hal-hazırda dünyda kommersiya məqsədilə becərilən pambıqların beş əsas sortu var. Bunlar Misir, Dəniz Adası, Amerikan Pima, Asiya və dağətəyi sortlarıdır. Uzun, günəşli və şaxtasız 160 günə ehtiyacı olduğundan pambıq 45 dərəcə şimal və 30 dərəcə cənub en kəsiyində becərilməlidir. Ən böyük pambıq istehsalçıları Birləşmiş Ştatlar, Çin Xalq Respublikası, Hindistan, Pakistan və Özbəkistan Respublikalarıdır. 
Pambıq bitkilərinin əkindən sonra ümumi bir zaman çərçivəsi var. Ən ideal şəraitdə, pambıq toxumu 5-10 gün arasında cücərir və çıxır. Bitkidən çıxan ilk iki yarpaq günəş şüalarını daha tez əmdiyindən bitkinin gələcək inkişafında mühüm rol oynayır.
Təxminən iki-dörd həftəliyində gərçək yarpaqlar çıxmağa başlayır. Bitki böyüdükcə yarpaqların sayı və çəkisi artır. Beş-yeddi həftəliyindən isə kiçik tumucuqlar çıxmağa başlayır. Üç gün ərzində açılmış çiçək tozlanmaya başlayır. Daha sonra rəngini dəyişərək krem (və ya sarı) rəngindən açıq qırmızı rəgə çevrilir, sonra ağarır və tökülür və kiçik pambıq qozası ortaya çıxır. Bu qozada toxumlar olduğundan meyvə sayılır. Hər bir qozada 500000 lif və hər bir pambıq bitkisində 100-ə yaxın qoza olur.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.