Skip to main content

Portağal bitkisinə qayğı



Portağal yetişdirmək ev bağçılığı üçün dəyərli layihədir, xüsusilə əgər onu meyvəsi üçün əkirsinizsə. Portağal ağacına qayğı çox da çətin deyil. Portağal ağacına qayğı zamanı aşağıdakı addımları icra etmək ağacı sağlam saxlayacaq və meyvə istehsalını artıracaq.
Əgər indiyə qədər portağal ağacı yetişdirməmisinizsə, ən yaxşı başlanğıc toxumdan becərmək ola bilər. Əksər növlər toxumdan alınsada, kommersiya yönümlü yetişdiricilər qönçələmə üsuli ilə ştil əldə edirlər.

Toxumdan çıxan portağalın az ömrü olmaqla yanaşı, kök sisyemidə çürüməyə meyilli olur.  Eyni zamanda toxumdan yetişən bitki tam yetkinlik müddətinə qədər bar vermir ki, bu da 15 ilə yaxın müdətdir.
Nəticə olaraq, ştil olaraq alınmış ağac daha etibarlıdır ki, portağal meyvəsinin toxumundan alınmış ağaca nisbətən daha tez meyvə verir və daha sürətlə böyüyür. Portağalın bitdiyi yerli ştilliklərdən ştil almaq daha əlverişlidir.
Ağacı əkildikdən sonra onun qayğısına qalmaq ən başlıca məsələlərdəndir. Burada üç ən əsas aspekt var: gübrələmə, sulama və budama.

  •  Sulama – Portağalı sulamaq iqlimdən və illik yağış miqdarından asılı olaraq dəyişə bilir, ancaq bir qayda olaraq yazda ağac solmasın deyə, payızda isə suvarmanın qaydada saxlanması üçün müntəzəm sulama ağacın qayğısına qalmaqda vacibdir. Portağal becərənlər yadda saxlamalıdır ki, su meyvənin sərtliyini aşağı salır. Ağacın əkilmə dərinliyidə su miqdarının müəyyənləşdirilməsində mühüm rol oynayır. Portağal ağacı həftəlik olaraq 3 sm3 su tələb edir.

  • Gübrələmə -  Gübrələmə meyvənin istifadəsindən asılıdır. Əlavə azot gübrəsi qabıqdakı yağlılıq miqdarını artırır. Kalium isə qabıqdakı yağlılıq miqdarını aşağı salır. Məhsuldarlığı artırmaq üçün hər ağaca illik 1 kq-a yaxın azot verilməlidir. Eyni zamanda  kalium və fosfor gübrələri və mikro-qidalar  verilməlidir. Əgər agac bol meyvə vermirsə, torpağın gübrə miqdarını müəyyənləşdirmək üçün yaxşı ərazi torpaq laboratoriyalarına aparılmalıdır.

  •    Budama – Portağal ağacını forma vermək üçün budamaq vacib deyil. Lakin, torpağa yaxın budaqlar kəsilməlidir. Əlavə olaraq, zədələnmiş və ya qurumuş budaqları dərhal budayın.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.