Skip to main content

Rayonlaşdırılmış kartof sortları

Yerli şəraitə uyğun rayonlaşdırılmış kartof sortlarının seçilib əkilməsi əsas şərtdir. Çünki hər bir sort becərildiyi şəraitdən asılı olaraq özünü müxtəlif cür apardığından bu son nəticə olaraq məhsuldarlığa təsir edir.
Kartof sortları yetişmə müddətinə görə -şağıdakı qruplara ayrılır:
1. Tezyetişən sortlar - vegetasiya dövrü 80 - 90 gün;
2. Orta müddətdə tezyetişən sortlar - vegetasiya dövrü 90 -130 gün;
3. Gec yetişən sortlar - vegetasiya dövrü 130 gündən çox.


Respublikamızda rayonlaşdırılmış kartof sortlarının xarakteristikası aşağıda göstərilmişdir.
Oqonyok sortu. Belarusiya elmi-tədqiqat kartofçuluq və meyvəçilik institutunda  yaradılmışdır. Sort Akvila və 9170 saylı hibridlərin hibridləşməsindən alınmışdır. Ortayetişkəndir və məhsuldardır. Dad keyfiyyəti yaxşıdır. Xərçəng xəstəliyinə davamlıdır. Çiçəkləri ağ, uzun müddətlidir. Yumruları və əti ağ, girdə oval varidir. Potensial məhsuldarlığı 300-480 sen/ha-dır. Mineral gübrələrə tələbatı hər hektara təsiredici maddə hesabı ilə 90 kq azot, 150 kq fosfor, 160 kq kaliumdur. Hər hektara 40 ton peyin verilməsi tövsiyyə olunur.
Sort 1982-ci ildə Quba, Qusar, Dəvəçi, Şamaxı, Qobustan, Xızı, Qəbələ, İsmayıllı, Masallı, Yardımlı, eyni zamanda Astara, Lənkəran, Gədəbəy, Qazax, Tovuz və s. rayonlarda rayonlaşdırılıb.
Rodomişiski sortu. Sort Ukrayna ET Polessiya Təcrübə Stansiyasında yaradılıb. Olev və Karla sortlarının hibridləşməsindən alınmışdır. Orta tezyetişəndir. Kolu orta boyda gövdələri çoxdur. Çiçək açması orta səviyyədə olub çiçəkləri tez solur. Yumruları oval formadadır. Gözcükləri çoxdur. Yumrunun əti ağdır. Hektar üzrə potensial məhsuldarlığı 188-400 sentnerə çatır. Yumruların çəkisi 75-110 qramdır. Nişastanın miqdarı 17 faiz, dad keyfiyyəti yaxşıdır. Xərçəng xəstəliyinə davamlıdır. Fitoftora və dəmgil xəstəliklərinə davamsızdır. Potensial məhsul almaq üçün hər hektara təsiredici maddə hesabı ilə 90 kq azot, 120-150 kq fosfor və 150 kq kalium gübrəsi vermək lazımdır.
Sort 1989-cu ildə Kürkənarı suvarılan ovalıq, sivarılan dağətəyi-düzən, və orta dağlıq zonası rayonlarından Astara, Lənkəran, Yardımlı, eyni zamanda Gədəbəy, Daşkəsən, İsmayıllı, Quba, Xaçmaz, Qusar, Qazax, Şamaxı və s. rayonlarda rayonlaşdırılıb.
Nevski sortu. Sort Şimal-Qərb ET kənd təsərrüfatı institunda yaradılıb. Veselovskiy və Kandidat sortlarının hibridləşməsindən alınmışdır. Tezyetişəndir. Kolu orta hündürlükdə, yarpaqları iridir, çiçəklənməsi orta dərəcədədir. Çiçəkləri ağdır. Potensial məhsuldarlığı bir koldan 1000-1500 q-dır. Bir hektar sahədən 280-350 sentner məhsul verir. Virus və xərçəng xəstəliklərinə nisbətən davamlıdır. Saxlanma qabiliyyəti yaxşıdır. Yüksək məhsul almaq üçün hektara təsiredici maddə hesabı ilə 90-100 kq azot, 120-150 kq fosfor, 100-120 kq kalium gübrələri və 40 ton peyin vermək lazımdır.
Sort 1990-cı ildə Kürkənarı suvarılan ovalıq, suvarılan dağətəyi-düzən və orta dağlıq zonası rayonlardan Astara, Lənkəran, Yardımlı, eyni zamanda Gədəbəy, Daşkəsən, İsmayıllı, Quba, Xaçmaz, Qusar, Qazax, Şamaxı və s. rayonlarda rayonlaşdırılıb.
Sevinc sortu. Sort Azərbaycan ET Tərəvəzçilik institutunda yaradılmışdır. Növlər arası hibridləşmədən alınmışdır. Kolu dik durandır. Gövdələri azdır. Yarpaqları iridir. Çiçək açması uzun çəkir. Yumruları uzunsov iridir. Əti ağdır. Yumrularda quru maddə 26%, nişasta 19-20 faizdir. Sort orta yetişəndir. 
Xərçəng xəstəliyinə davamlı, fitoftoraya nisbətən davamlıdır. Potensial məhsuldarlığı bir hektardan 40 tondur. Yüksək məhsul almaq üçün hektara təsiredici maddə hesabı ilə 90 kq azot, 140 kq fosfor, 160 kq kalium və 50 ton peyin verilməlidir.
Sort 1990-cı ildə respublikanın Astara, Lənkəran, Yardımlı rayonlarının orta dağlıq hissələri və Gədəbəy, Daşkəsən, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Qazax, Tovuz, Xanlar, Daşkəsən, İsmayıllı rayonlarında rayonlaşdırılıb.
Laymdota sortu. Sort Latviya Priekylski təcrübə stansiyasında yaradılıb. Orta tezyetişəndir. Dad keyfiyyəti yaxşıdır. Çiçək açması yaxşı və uzun müddətlidir. Yumruları və əti ağ, uzunsov ovalvaridir. Saxlanma qabiliyyəti yaxşıdır, xərçəng xəstəliyinə davamlıdır. Çiçəkləri ağdır. Suvarma şəraitində məhsuldarlığı hər hektardan 180-250 sentnerdir. 
Potensial məhsuldarlığı aşkar etmək üçün hər hektara təsiredici maddə hesabı ilə 90 kq azot, 130 kq fosfor, 120 kq kalium və 40 ton peyin verilməlidir.
Sort 1991-ci ildə respublikanın Astara, Ləmkəran, Yardımlı, rayonlarının orta dağlıq hissələri və Gədəbəy , Daşkəsən, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Qazax, Tovuz, Xanlar, Şamaxı, Goranboy və s. rayonlarında rayonlaşdırılıb.
Əmiri 600 sortu. Azərbaycan ET Tərəvəzçilik İnstitutunda yaradılıb. Akvila sortundan klon seçmə yolu ilə alınmışdır. Orta yetişkəndir. Yumruları və əti ağımtıl-sarıdır. Nişastanın miqdarı 20 faizdir. Xərçəng xəstəliyinə davamlıdır, fitoftoraya qarşı isə nisbətən davamlıdır. 
Yumruların dinclik dövrü qısadır. Ona görə də bu sort bir ildə iki dəfə məhsul almağa daha yararlıdır. Potensial məhsuldarlığı 30-40 tondur. Yüksək məhsul əldə etmək üçün hər hektara təsiredici maddə hesabı ilə 90 kq azot, 150 kq fosfor, 160 kq kalium və 40 ton peyin verilməlidir. Sort dağlıq bölgələrdə əkilməlidir. Aran bölgələrdə yalnız cücərmiş yumrularla əkin aparılmalıdır.
Sort 1997-ci ildə respublikanın Astara, Lənkəran, Yardımlı, rayonlarının orta dağlıq hissələri və Gədəbəy, Daşkəsən, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Qazax, Tovuz, Xanlar, Şamağı, Goranboy və s. rayonlarında rayonlaşdırılıb.
Kartofun orta müddətə yetişən sortları orta dağlıq rayonlarda, dəniz səviyyəsindən 500-1200 metr hündürlükdə, gec yetişən sortları isə yüksək dağlıq zonalarda, dəniz səviyyəsindən 1700-2500 metr hündürlükdə yerləşən ərazilərdə əkilməsi tövsiyyə edilir ki, bu zaman fermer təsərrüfatlarında kartofçuluğun intensiv inkişafına əlverişli şərait yaranmış olar.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.