Skip to main content

Kartofun bioloji xüsusiyyətləri və torpaq-iqlim şəraitinə tələbatı

Kartof yumruları yazda temperatur 6-8 dərəcə olduqda cücərməyə başlayır. İstilik artdıqca sükunət dövrünü başa çatdırmış yumruların cücərməsi sürətlənir, 14-16 dərəcədə 17-20 gündə, 18-20 dərəcədə isə 14-16 gündə kütləvi cücərməyə başlayırlar.
Yumruların əmələ gəlməsi və normal böyüməsi üçün optimal temperatur gündüzlər 18-20 dərəcə, gecələr isə 12-14 dərəcədir. Torpağın temperaturu 25-27 dərəcə olduqda yumruların cırlaşmasına səbəb olur və kartofun dad keyfiyyəti pisləşir.
Torpağın temperaturu 29-30 dərəcə olduqda isə yumruların böyüməsi demək olar ki, dayanır, qönçələr tökülür.
Ölkəmizdə kartof əsasən dağlıq rayonlarda və qismən isə aran rayonların suvarılan torpaqlarında yetişdirilir. 
Kartof rütubətə nisbətən az tələbkardır. Torpaqda nəmlik çatışmadıqda bitki buxarlanmanı azaldır, böyümə və yumru əmələ gəlmə dayanır.
Torpaqda nəmlik artdıqda isə yumru əmələ gəlmə prosesi yenidən başlayır. Odur ki, havaların quraq və isti keçdiyi dövrlərdə suvarılan aran rayonlarında isə təbii çayların və bulaqların suyundan istifadə etməklə süni suvarmalar yolu ilə həyata keçirilməsi vacibdir.
Kartofun suya olan tələbatı ən çox bitkinin qönçələmə və çiçəkləmə dövrünə təsadüf edir. Həmin dövrlərin havanın sərin vaxtına düşməsi üçün kartofun optimal müddətdə əkinini keçirmək, əkin materialı kimi tez yetişən və orta tez yetişən sort toxumlardan istifadə etmək, əkin qabağı toxumun cücərdilməsi ilə vegetasiya dövrünü qısaltmaq və yumruların tam formalaşmasına münbit şərait yaratmaq kimi vacib aqrotexniki tədbirlərdən istifadə etməklə sabit və yüksək məhsuldarlığa nail olmaq olar.
Respublikamızda kartofun intensiv inkişaf etdiyi 10 dərəcədən yuxarı temperatur Kür-Araz düzənliyində, Lənkəran, Astara rayonlarında aprel ayının birinci 10 günlüyünə təsadüf edir. Dağətəyi rayonlarda isə aprelin ikinci 10 günlüyünə təsadüf edir. Dağlıq zonada bu dövr aran zonaya nisbətən bir ay gec başlayır.
Kartofun normal böyümə və inkişafından ötrü ən yaxşı torpaq qara torpaq, şabalıdı və yüngül mexaniki tərkibli açıq şabalıdı və qumsal torpaqlar hesab olunur.
Ağır mexaniki tərkibli, güclü qaysaq bağlayan gilli torpaqlar, eləcə də şorlaşmış torpaqlar yüksək kartof məhsulu almaqdan ötrü az yararlıdır.
Respublikanın kartof becərilən bölgələrində əsasən münbit torpaq tipləri və onların yarım tipləri yayılmışdır-aran bölgələrin boz torpaqları tədricən boz-qonur torpaqlarla əvəz olunmuşdur. Sonra isə dəniz səviyyəsinə görə hündürlük artdıqca ardıcıl olaraq şabalıdı, dağ-qara torpaqlar və torflu dağ-çəmən kimi qalın humus qatına malik torpaqlar yayılmışdır.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.