Skip to main content

Yoncanın biçilməsi

Çalım müddəti. Topraq-iqlim şəraitindən asılı olaraq yonca biçininə iyunun 10-20-si arasında başlanılır. Ən optimal müddət isə bitkinin inkişaf fazaları üzrə qönçələmə fazasının sonu, çiçəkləmənin əvvəlidir.
Bu həmin dövrdə bitkinin ən yüksək qidalılıq dəyərinə malik olması ilə əlaqəlidir. Çalım vaxtının düzgün müəyyən edilməsi yoncada növbəti çalımlar üçün həlledici rol oynayır.
- Qönçələmə fazasının sonunda, çiçəkləmənin əvvəlində çalım aparıldıqda sonrakı çalımlar üçün potensial imkan xeyli artır.
- Çalımın qönçələmə fazasında aparılmasında effekt vermir. Baxmayaraq ki, qönçələmə fazasında bitki və yüksək qidalılıq dəyərinə malik olur. Bu onunla əlaqədardır ki, yerüstü kütlənin maksimum miqdarı çiçəkləmənin əvvəlinə təsadüf etdiyindən vahid sahədən qida maddələri çıxımıda həmin dövrdə (çiçəkləmədə) olur.
İnkişaf fazasından asılı olaraq bitkinin müxtəlif orqanları arasında nisbət dəyişdiyindən məhsulun qidalılıq dəyəridə dəyişir.
Çalım hündürlüyü. Məhsuldarlığa təsir edən elementlərdən biridə çalım hündürlüyüdür. 
Elmi araşdırmalarla çalım hündürlüyünün optimal variantlarına dair aşağıdakılar müəyyən edilir:
- Çalım torpaq səthindən 14-15 sm hündürlükdə aparıldıqda itki 15-16%,
- 10-12 sm hündürlükdə aparıldıqda 11-13%,
- 6-8 sm hündürlükdə aparıldıqda isə 7,9% təşkil edir.
Odur ki, axırıncı variant məğbul çalım hündürlüyü hesab edilir.
Çalım vaxtı. Yay aylarında çalınmış ot 7-9 saat quruyur. Keyfiyyətli quru ot əldə etmək üçün yoncanı səhərçağı çalmaq və əlverişli hava şəraitində həmin gün də təqribən 17:00-da yığmaq lazımdır.
Saat 12-dən sonra çalınmış otu isə ertəsi gün səhər saat 10-da yığmaq olar.
Quraqlıq zonalarında çalınmış kütlənin nəmliyi 20-25% olduqda dərhal xotmanlanmalıdır. Nəmlik yüksək olan rayonlarda (15-40%) çalınmış ot layı çalımdan bir neçə saat sonra çevrilməli, nəmlik 25-30%-ə çatdıqda xotmanlanmalıdır.
Təəssüf ki, bəzən çalınmış ot günlərlə sahədə açıq havada qalır, bu da tədarük edilmiş yemin tərkibində olan qida maddələrinin 30-40% itkisinə səbəb olur. Əlverişsiz hava şəraitində bu itkinin miqdarı daha böyük olur. 

Bənzər yazılar:

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.