Skip to main content

Kartof istehsalı

Yer kürəsində il ərzində adambaşına 30 kq-dan, 150 kq-dək kartof istehsal edilir. Dünya üzrə adambaşına ən çox kartof istehlak edən ölkələr İrlandiya (150-170kq), Polşa (150-200kq), Belorusiya (150-200kq), Portuqaliya (120-150kq) sayılır.
Azərbaycanda kartofun adambaşına fizioloji qida norması ildə 50 kq-dir. 1997-ci ildə respublikada əhalinin hər nəfərinə ümumilikdə 28 kq, 1998-ci ildə 38 kq, 1999-cu ildə 44 kq, 2000-ci ildə 52 kq, 2001-ci ildə 52 kq, 2001-ci ildə 76 kq, 2003-cü ildə isə 93 kq kartof istehsal edilmişdir.

Ümumiyyətlə, dünya üzrə istehsal olunan kartof məhsulunun, orta hesabla 50%-i bilavasitə ərzaq kimi insanların gündəlik qidalanması, 30%- heyvandarlıqda yem kimi, 3-4%-i nişasta-spirt alınması və təxminən 10% isə toxumluq məqsədilə istehsal olunur. Azərbaycanda hal-hazırda kartof, əsasən, əhalinin bilavasitə qidalanmasında ərzaq kimi istifadə olunur. 
Dünya üzrə il ərzində orta hesabla 280 milyon tondan artıq kartof istehsal olunur. Ən çox kartof istehsalçıları aşağıdakı diaqramda göstərilmişdir.
Ən çox kartof istehsal edən ölkələr isə Rusiya Federasiyası, Ukrayna, Belorusiya, Polşa və Çin ölkələridir.
Yüksək aqrotexniki şəraitdə və intensiv sortlardan istifadə etməklə hər hektardan 500-600 sentner və daha çox kartof almaq mümkündür. Belə ki, kartofun hektardan məhsuldarlığı Hollandiyada 440, Böyük Britaniyada 420, Belçikada 358, Almaniyada 336, və İsveçdə isə 329 sentnerdir. Ümumiyyətlə, kartofun bioloji potensial məhsuldarlığı Qərbi Avropa ölkələrində (İngiltərə, Hollandiya və s.) orta və gec yetişən sortlarla aparıldıqda 1000 sentner, Almaniyada 800-900 sentner, Avropanın şərqində isə kartof bitkisinin qısa vegetasiya müddəti ilə əlaqədar 600-800 sentner təşkil edir. Kartof istehsalı ilə məşğul olan qabaqcıl şirkət və Assosiasiyalar hər hektardan 60-80 ton kartof məhsulu əldə edirlər. Azərbaycanda uzun illər ərzində kartofun məhsuldarlığı 80-125 sentnerdən yüksək olmamışdır. Bunun başlıca səbəbi əkin materialının aşağı keyfiyyətdə olması və kompleks aqrotexniki tədbirlərin tələb olunan səviyyədə yerinə yetirilməməsi ilə bağlı olmuşdur. Ən başlıcası isə ölkəmizdə kartofun seleksiyası və toxumçuluğu sahəsində aparılan elmi-tətqiqat işlərinin digər inkişaf etmiş Avropa ölkələri səviyyəsinə çatmaması ilə bağlıdır.
Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra bitkiçiliyin digər sahələrində olduğu kimi kartof istehsalı sahəsində də xeyli irəliləyişlər olmuş, bir sıra dünya ölkələrinin yeni texnologiyası əsasında kartof yetişdirilməsinə başlanmışdır. Artıq kənar ölkələrdən respublikamıza kartof gətirilməsinə ehtiyac duyulmur. 


Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.