Skip to main content

Bağların suvarılması

Bağçılığın intensiv inkişafında istifadə edilən mühüm aqrotexniki tədbirlərdən biri də torpaqda su rejiminin  tənzim edilməsidir.
Suvarma müddətləri. Bağın suvarma müddətləri ağacların inkişaf mərhələsindən və havanın iqlim şəraitindən asılıdır.
Vegetasiya dövründə bitkinin suya olan ehtiyacı sabit olmur, çünki bitkinin daxilində gedən mürəkkəb fizioloji və bioloji proseslər eyni getmir. Ona görə də bitkinin hər inkişaf mərhələsində aparılan suvarmanın məqsədi də eyni deyildir.
Erkən yazda aparılan suvarmanın əsas məqsədi ağacın kök hissəsində fəal köklərin inkişafına və onların miqdarının artmasını şərait yaratmaqdadır.
Meyvə ağaclarının kök sistemində istirahət dövrü olmadığından köklər il boyu inkişaf edir.
Fevral ayının ikinci yarısından başlayaraq kök sistemində fəal köklərin çoxalma prosesi sürətlənir. Ona görə də erkən yazda ağacların suya ehtiyacı da artır. Bu zaman suvarma gecikdikdə ağacların çiçəklənməsi dövrünə qədər lazımi miqdarda fəal köklər əlavə edilir. Bu da öz növbəsində çiçəklərə suyun və qida maddələrinin daxil olmasını məhdudlaşdırır. Bunun nəticəsində çiçəklər kütləvi şəkildə tökülməyə başlayır. 
May ayının axırlarında zolağın sürətlə inkişaf etdiyi dövrdə ağacların suya ehtiyacı daha çox yüksək olur. Hesablamal göstərir ki, bu dövrdə 1 hektar 30 illik alma bağı gündə 50 kub metrə qədər su istifadə edir. İyul ayının əvvəllərində zolağın sürətlə böyüməsi zəifləyir və aöaclarda çiçək tumurcuqlarının diferensiyası başlayır., bu zaman ağacların suya olan tələbatı bir qədər azalır. Bu dövrdə torpaqda suyun az və ya çox olması bünövrəsi qoyulmuş çiçək orqanlarına mənfi təsir göstərir.
Avqust ayından başlayaraq meyvələrin tam yetişməsinə qədər, ağacların suya olan tələbatı yenə də yüksəlir. Avqust-sentyabr aylarında torpaqda nəmliyin aşağı düşməsi iri meyvələrin kütləvi sürətdə tökülməsinə səbəb olur. Ona görə də, avqust-sentyabr aylarında aparılan vegetasiya suvarmaları meyvələrin keyfiyyətini yüksəldərək, onların tökülməsini 15-18% azaldır.
Payız-qış suvarmasının ağaclar üçün böyük əhəmiyyəti vardır. Bu suvarma torpaqda münbitlik yaradır və gələn il üçün xeyli su ehtiyatı toplayır. Payız-qış ehtiyat suvarması yüksək suvarma norması ilə (1000-1200 m/ha) aparılmalıdır.

Azərbaycanda meyvə bağlarının təxmini suvarma müddətləri
Təxmini müddət
Ağacın inkişaf mərhələsi
Suvarm norması m3/ha
Tumlular
Fevralın 2-ci yarısı,
Martın 2-ci yarısı
Erkən yaz suvarması
600-700
Aprelin 2-ci yarısı,
Mayın 1-ci yarısı
Çiçəklənməyə qədər, yaxud sonra
500-600
İyun
Meyvəciklərin fizioloji tökülməsindən sonra vegetative boy atma dövründə
800-900
İyul
Çiçək tumurcuqlarının diferensiasiyasının başlanan mərhələsi
500-600
Avqust-Sentyabr
Meyvələrin böyüdüyü və rəng almağa başladığı dövr
700-800
Noyabr-dekabr
Yarpaqlar töküləndən sonra, payız-qış ehtiyat suvarması
1000-1200
Çəyirdəklilər
Aprel
Çiçəkləməyədək və ya sonra
500-600
May
Meyvələrin fizioloji tökülməsinin sonunda, güclü boyatma dövründə
700-800
İyunun 2-ci ayrısı
Çəyirdəklər bərkiyən dövrdə
500-600
İyul
Meyvələrin rəngalma və yetişməyə başladığı dövr
500
Suvarma norması. Bir hektar sahəni bir dəfə suvarmaq üçün verilən əkin suyunun miqdarına suvarma norması deyilir və kubmetrlə ölçülür. 
Çoxillik təcrübələr nəticəsində alma bağları üçün aşağıdakı təxmini suvarma norması məsləhət görülür.
1.Erkən yaz ehtiyat suvarmasında (hektara 600-700 kubt metr).
2.Çiçəklənmədən əvvəl, ya çiçəklənmədən sonra aparılan suvarmada (500-600 kub metr).
3. Güclü vegetativ boyatma dövründə (800-900 kub metr).
4. Çiçək tumurcuqlarının diferensiyası dövründə (500-600 kub metr).
5. Meyvələr rəng alan dövrdə (700-800 kub metr).
6. Payız-qış ehtiyat suvarmasında (100-120 kub metr).
Düzgün aparılmış payız-qış ehtiyat suvarması 2-3 vegetasiya suvarmasına bərabərdir. Hər bir təsərrüfat suvarılan sahələrdə əkin suyunun hesabatını aparmalıdır.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Üzüm əkmək istəyənlər üçün bəzi məsləhətlər

Demək olar ki, dünyanın hər bir yerində yetişdirilən üzüm ölkəmizdə də sevilir və geniş şəkildə əkilir. Düzgün qulluq və budama edildikdə bitkisi 30 ilə qədər becərilə bilir. Üzüm tingi alarkən etibarlı yerlərdən almağa çalışın. 1 illik bitkilər hər zaman ən yaxşılarıdır. 

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.