Skip to main content

Alqı-satqı müqaviləsinin bağlanması

Alqı-satqı müqaviləsinin bağlanmasında əsasən iki tərəf iştirak edir. Malı (əmtəəni) satan tərəf - satıcı və malı (əmtəəni) alan tərəf - alıcı. Müqavilə şərtləri tərəflərin istəyi və qarşılıqlı tazılaşması ilə müəyyənləşir. Lakin kontrakt əsasən aşağıdakı bəndlərdən ibarət olmalıdır.
  • Ümumi hissə, müddəalar,
  • Müqavilənin məqsədi, mövzusu,
  • Məhsulun qiyməti, müqavilənin ümumi dəyəri (pul ifadəsi ilə),
  • Miqdarı, keyfiyyəti, qablaşdırılması və markirovkası,
  • Göndərmə (yola salma) şərtləri,
  • Tərəflərin vəzifələri, öhdəlikləri,
  • Ödəniş qaydası, forması,
  • Fors-major,
  • Reklamasiya, cərimə, sanksiya,
  • Arbitraj,
  • Digər müxtəlif şərtlər,
  • Tərəflərin rekvizitləri, hüquqi ünvanları və s.
Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlayır və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunlarla və digər normativ hüquqi aktlar ilə müəyyənləşdirilərək tərəflər üçün məcburi qaydalara uyğun gəlməlidir.
Alqı-satqı müqaviləsinə görə satıcı malı alıcının mülkiyyətinə verməli, alıcı isə malı qabul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş malı (əmtəəni) alıcıya verməyə məcburdur.
Satıcı malı (əmtəəni) alıcıya verməklə eyni zamanda onunla bağlı müqavilədə nəzərdə tutulan və qanunvericilikdə müəyyənləşdirilmiş müvafiq sənədləri də (texniki pasportu, gömrük yük bəyannaməsini, keyfiyyət sertifikatını, əmtəə-nəqliyyat qaiməsini və sair) verməyə borcludur.
Alqı-satqı müqaviləsində tərəflərin razılığı ilə ödəniş forması, nəqliyyat növü, yükün qəbul edilmə məntəqəsi, yola salma şərtləri, qablaşdırma və digər məsələlər öz əksini tapmalıdır. Müqavilə aydın, hər iki tərəf üçün başa düşülən formada, tərəflər üçün məqbul qaydada tərtib olunmalıdır.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.