Skip to main content

Gübrələr və onların əhəmiyyəti

Yüksək məhsuldar bitkiləri qida maddələri tam təmin edə bilmir. Odur ki, torpaqda çatışmayan qida maddələri bübrələrin hesabına ödənilir. Gübrələri tətbiq edərkən torpaq analizlərinin nəticələrini və bitkinin tələbatını nəzərə almaq lazımdır. Gübrələr mineral və üzvü gübrələrdən ibarətdir. Mineral gübrələr zavodlarda istehsal olunur. Üzvü gübrələr isə təsərrüfatlarda əlavə məhsul kimi və ya sideratlar şəklində istehsal olunur.
Mineral gübrələr
Mineral gübrələr mineral duzlar şəklində olan qidalı maddələrdən ibarətdir. Mineral gübrələr tərkibində bir və ya bir neçə qida maddəsini birləşdirir. Tərkibində yalnız bir qida maddəsi olan gübrələr sadə, bir neçə qida maddəsi olan isə kompleks gübrələr adlanır. Təsir etməsinə görə isə mineral gübrələr tez və ya gec təsir edənlərə ayrılır.
Azotlu gübrələr
Ammonium nitrat tərkibi (34% N), ammonium sulfat nitrat (26-30% N) Amid tərkibi-karbamid -(45-46% N-lu kompleks gübrələr - NPK (15% N, 15% P və 15% K) Bitki azotla yaxşı təmin olunduqda yarpaqlar tünd yaşıl rəngdə olur, yaxşı kollanır və normal bar orqanları əmələ gəlir.
Azotun çatışmaması isə bitkinin inkişafdan qalması, yarpaqların ağ-yaşıl və sarımtıl-yaşıl rəng alması ilə müşahidə olunur. Saralma yarpaqların damarlarından başlayır və getdikcə bütün yarpaq səthinə yayılır. Bitki nazikləşir, gücdən düşür, inkişaf zəifləyir, cırlaşır və məhsul azalmaqla keyfiyyəti aşağı düşür.
Azotu normadan artıq tətbiq etdikdə bitkinin vegetativ orqanları həddən artıq böyüyür, fizioloji proseslər pozulur. Ərzaq və yemlərin keyfiyyəti pisləşir, saxlamağa yararsız olur. Bitkinin tərkibində canlı orqanizmlər üçün zərərli olan toksiki maddələr toplanır.
Fosforlu gübrələr
Suda həll olan fosfor gübrələri (tez təsir edir) adı superfosfat (18-20%P2O5), İkiqat superfosfat (47-48% P2O5).
Fosfor bitkinin daxilində enerjinin hərəkətini və yığılıb saxlanmasını təmin edən elementdir. Fosfor ən çox bitkinin böyüməkdə olan cavan hissələrində və reproduktiv orqanlarında toplanır. Bundan əlavə, köklərin erkən böyüməsinə və quraqlıq keçən dövrlərdə onların yaşamasına şərait yaradır. Fosforla bitkinin yaxşı təmin olunması nəinki bitkinin məhsuldarlığını çoxaldır, eyni zamanda onun keyfiyyətini də yaxşılaşdırır. Buğdada dənin kütləsi küləşə nisbətən artır. Lifli bitkilərdə liflər daha uzun, möhkəm və zərif olur. Fosfor gübrələrinin təsiri nəticəsində payızlıq əkinlərin soyuğa davamlılığı yüksəlir, qışı yaxşı keçirirlər. Taxıllarda küləş yatmaya qarşı davamlı olur.
Fosfor çatışmamazlığı bitkinin kökünün inkişafını məhdudlaşıdırır, bitkini zəiflədir, çox vaxt bənövşəyi yaşıl rəng alır.
Kaliumlu gübrələr
Bu gübrələrin hamısı suda həll olan və ya tez təsir edən maddələrdir. Kalium xlor-(40-60% K2O) tərkibində az miqdarda Na olur. Kalium silfat-(50% K2O) xlora həssas bitkilər (kartof, tütün) üçün istifadə olunur.
Kalium şəklində bitkidə suyun miqdarını, hərəkətini və buxarlanma prosesini tənzimləyir. Kalium ən çox bitkinin cavan və böyüməkdə olan orqanlarında olur. Bitki orqanizmində kalium daim azotla qarşılıqlı əlaqədə olur. Bitkinin kaliumla yaxşı təmin olunması onun azotu tam mənimsəməsinə şərait yaradır. Kaliumun təsirində bitkinin şaxtaya davamlılığı artır ki, bu da onun tərkibində şəkərin artması ilə əlaqədardır.
Kalium çatışmazlığı yarpaqların kənarlarının qonur rəng alması ilə müşahidə olunur. Yarpaqların kənarı yanmış görkəmi alır. Bitkidə kalium çatmadıqda reproduktiv orqanların inkişafı ləngiyir. Belə bitkidən alınmış toxum məhsulu zəif cücərir. Bitkilər pis kollanır, aşağı yarpaqlar, hətta rütubət yüksək olduqda da saralıb tökülür.
Mineral gübrələri necə tanımalı?
Bu məqsədlə gübrələrdən bir çay qaşığı götürüb stəkanın içərisinə tökür, sonra su ilə 1-2 dəqiqə yaxşıca qarışdırılır. Belə etdikdə gübrə yaxşıca əriyərsə və məhlul azacıq bulanıq olarsa, deməli o, azot, yaxud kalium gübrəsidir, əriməzsə fosfor gübrəsidir. Ərimiş gübrənin məhlulundan bir az sınaq borusuna tökərək üzərinə azacıq qələvi əlavə etdikdə borudan amonyak (naşatır spirti) qoxusu gələrsə, deməli bu gübrə ammonium formasında azot gübrəsidir.
Gübrənin hansının azot gübrəsi olduğunu bilmək üçün, bu gübrədən az miqdarda götürüb qızarmış odun üstünə qoyurlar. Gübrə tez alovlanıb yanırsa, demək ammonium şorasıdır, yavaş-yavaş əriyir və ammonyak iyi verərsə, demək ammonium sulfatdır. Fosfor gübrəsi suda əriməməkdən başqa, xarici görünüşü ilə fərqlənir. O, külə bənzəyir və yandırıldıqda sümük iyi verir.
Üzvü gübrələr
Üzvü gübrələr bitki qalıqları (küləş, tullantılar), müxtəlif heyvanların peyini, quş zılı, kompastlar (bitki qalığının qarışıqları), yaşıl gübrələr və sideratlar (paxlalılar və bitkilər) aiddir. Üzvü gübrələrin tərkibində azot, fosfor, kalium , salsium və digər qida elemetləri vardır.
Üzvü gübrələr torpağın fiziki xassələrini yaxşılaşdırır. Topraq canlılarına birbaşa təsir göstərərək mikrobioloji fəallığı stimullaşdırır.
Torpağın strukturunu, rütubətliyini və aerosiyaısını (hava keçiriciliyini) yaxşılaşdırır. Artıq miqdarda tətbiq edildikdə bitkinin kökünə və cücərən toxuma ziyan vurmur. Tərkibində olan qida maddələri bitki tərəfindən tədricən mənimsənilir. Belə ki, peyindəki qida elementləri bitkiyə 2-3 il təsir edir.
Çox tətbiq etdikdə məhsulda zərərli və insanların sağlamlığı üçün təhlükə törədə bilən toksinli maddələr toplanmır.
Müxtəlif bitkilərin qida elementləri ilə tam təmin etmək məqsədi ilə hektara peyin normasını 20-40 tona qədər müəyyənləşdirmək olar. 
Qida maddələri ilə təmin olunan ərzaqların keyfiyyəti.
1. Bitkilər azotla yaxşı təmin olunduqda bitkilərin tərkibindəki həzmə gedən zülalın miqdarı artır. Zülal və vitaminlərin, xüsusi ilə də B1 vitaminin keyfiyyəti yaxşılaşır.
2. Bitkilərin fosforla yaxşı təmin olunması onların tərkibində zülalın keyfiyyətini, bəzi vitaminləri və  mineral fosforların miqdarını artırır.
Kalium isə karbonhidratların, xüsusən də C vitaminin artmasını təmin edir.

Popular posts from this blog

Yonca bitkisinin səpin müddəti və torpağın becərilməsi texnologiyası

Yonca bitkisinin inkişafı cücərmə, qönçələmə, çiçəkləmə, paxla əmələ gətirmə və yetişmə fazalarından ibarətdir. Yonca yüksək aqrofonda becərilməlidir. Belə ki, havanın yüksək temperaturu, rütubətin olması, normal bitki sıxlığı, alaqsız sahə tələb olunur. Belə şərait çiçəkləmə fazasında bitkilərin çarpaz tozlanmasına yaxşı təsir göstərir. Çiçəkləmə fazasında toxumluq sahələrin yaxınlığına arı ailələrinin gətirilməsi tozlanmaya kömək edir. Yonca quraqlığa davamlı, sitilik və işıqsevən bitkidir.

Peşəkar kartof əkini

Məhsuldar kartof istehsalı üçün, doğru qərarlar alınmalıdır. Ən vacib amillərdən biri əkilməsidir. Yüksək keyfiyyətli və məhsuldar kartofun əldə edilməsi doğru fizioloji yaşa sahib sağlam toxumun, münasib toxum yatağının və səliqəli əkinin kombinasiyalarından asılıdır.

Yonca bitkisinin səpilməsi və suvarılması

Yonca bitkisinin səpin üçün ayrılmış toxumu yüksək reproduksiyalı, yəni 96% təmizliyi və 80% cücərmə qabiliyyəti olmalıdır. Yoncanın cavan cücərtilərini zərərvericilərdən qorumaq məqsədilə səpin qabağı toxum Tiqam və ya Fentiram preparatlarından biri ilə (3 kq/ton hesabı ilə) dərmanlanmalıdır. Səpin taxılsəpən aqreqatlar (SZN-3.6, SZTN-47 və SZU-3.6) vasitəsilə aparılır. Bir bərabərdə səpilməsi üçün toxumlar ballastla (quru qum, dənəvər superfosfat gübrəsi və s.) qarışdırılaraq 2-3 sm dərinliyində səpilməlidir.